Rusiyada yaşayan və işləyən azərbaycanlı dəhşətli şəkildə qətlə yetirilib.
Femida.az -ın əldə etdiyi məlumata görə, Azərbaycan vətəndaşı,Ağcabədi rayon sakini Cəfərov Məhəmmədəli bir evdə yaşadığı şəxs tərəfindən amansızcasına qətlə yetirilib. Qətlə yetirən şəxsin Zaqatala rayon sakini olduğu bildirilir.
Femida.az -ın mənbələrdən əldə etdiyi məlumata görə, küçədə amansızcasına qətlə yetirilən Məhəmmədəli həmin şəxslə iki ildən artıqdır ki, bir evdə yaşayırmış. Qətlə yetirilən şəxs Ağcabədi rayonu,20 Yanvar küçəsində qeydiyyatdadır. 3 oğul övladı olan şəxsin nə üstündə qətlə yetirildiyi hələlik məlum deyil. Hazırda mərhumun cənazəsinin Azərbaycana gətirilməsi üçün işlər görülür.
Femida.az hadisənin özəl görüntülərini təqdim edir.əsəbi zəif olan şəxslərin baxması məsləhət deyil.
Oxu24.com
ŞƏRHLƏR