Bakıda ölüm saçan avtobusun görüntüləri müzakirələrə səbəb olub.
Bizimyol.info xəbər verir ki, 20 sahə dairəsindən Sədərək ticarət mərkəzinə gedən 120 nömrəli, 90-ND-364 dövlət nömrə nişanlı sərnişin avtobusu sərnişinlərin həyatını təhlükə ilə üz-üzə qoyub. Belə ki, texniki cəhətdən nasaz olan nəqliyyat vasitəsi yetərsaydan daha çox sərnişin götürdüyü üçün aşmaq təhlükəsi ilə üzləşib və eləcə də yoluna davam edib. Bu isə digər yol kənarında dayanan şəxslər tərəfindən görüntülənib.
Redaksiyamıza daxil olan görüntünü oxucularımıza təqdim edirik:
Oxu24.com
ŞƏRHLƏR