Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
63340
az

SON DƏQİQƏ! Azərbaycana ağır itki baş verdi: Görkəmli şəxs vəfat etdi

16:3502 Yanvar, 2022
3967
REDAKTORUN SEÇİMİ
  • A

Görkəmli alim, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, “Şöhrət” və “Şərəf” ordenli, Neft-Kimya Prosesləri İnstitutunun Sintetik yağların sintez və texnologiyaları laboratoriyasının rəhbəri, akademik Məhərrəm Məmmədyarov 98 yaşında vəfat edib.

Bu barədə Oxu24.com  AMEA-ya istinadən xəbər verir.

Məmmədyarov Məhərrəm Əli oğlu 1924-cü il oktyabrın 17-də Culfa rayonunun Yaycı kəndində anadan olub. O, 1975-1980-ci illərdə zərif üzvi sintez üzrə SSRİ EA-nın Elmi Şurasının üzvü, 1975-1980-ci illərdə Naxçıvan MR üzrə “Bilik” cəmiyyətinin sədri, ümumittifaq “Bilik” cəmiyyətinin təftiş komissiyasının üzvü, respublika “Bilik” cəmiyyətinin kimya və biologiya elmlərinin təbliği şöbəsinin sədr müavini, 1992-1993-cü illərdə “Neft kimyası” ixtisası üzrə namizədlik və doktorluq elmi dərəcələrinin verilməsi üzrə Y.H.Məmmədəliyev adına NKPİ-də İxtisaslaşmış Şuranın sədri (hazırda İxtisaslaşmış Şuranın üzvüdür) vəzifələrində çalışıb.

Alim Azərbaycan SSR Dövlət Mükafatı Laureatı (1980), SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə faşist-alman işğalçıları ilə mübarizədə göstərdikləri cəsarət, möhkəmlik, şücaətə görə və 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində sovet xalqının qələbəsinin 40 illiyi şərəfinə “I dərəcəli Vətən Müharibəsi” ordeni (1985), ətraf mühitin qorunması və təbiətdən istifadə problemləri sahəsində keçirilmiş baxış-müsabiqənin ən yaxşı işinin qalibi kimi respublika elmi-iqtisadi cəmiyyətinin İdarə Heyətinin Fəxri fərmanı (1987), “SSRİ-nın Silahlı Qüvvələrinin 70 ili” medalı (1988), Y.H.Məmmədəliyev adına medal (1995), Azərbaycan Respublikasının “Şöhrət” ordeni (2005), İslam Ölkələri İqtisadi Əməkdaşlıq Təşkilatının “Elm və texnologiya” mükafatı (2006), Azərbaycan Respublikasının “Əməkdar elm xadimi” fəxri adı (2009), Y.H.Məmmədəliyev adına mükafat (2014), “Şərəf” ordeni (2014), “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” (2019) və digər mükafatlara layiq görülüb.

Məhərrəm Məmmədyarov keçmiş xarici işlər naziri Elmar Məmmədyarovun atasıdır.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Naibə  Quliyevanın meyiti tapılıb
Meyiti tapılan qadın görün kimdir
“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Lənkəranda qətlə yetirilən 22 yaşlı Könülün ailəsi hər şeyi danışdı +VİDEO