Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
63332
az

ƏHALİYƏ XƏBƏRDARLIQ! Qar yağacaq

12:5602 Yanvar, 2022
2718
REDAKTORUN SEÇİMİ
  • A

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən  Oxu24.com-”a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyi axşam cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 4-6° isti, gündüz 6-8° isti, Bakıda gecə 4-6° isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, yanvarın 02-04-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, arabir güclənən gilavar və xəzri küləklərinin tez-tez bir-birini əvəz edəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı intensiv olacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4° şaxtadan 1°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 1-6° isti olacaq.

Azərbaycanda 40 maşının toqquşduğu qəzadan DƏHŞƏTLİ VİDEO YAYILDI

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Seymur Alişanov qətlə yetirilib
Türkiyə tərəfi Rəisinin helikopteri ilə bağlı sensassion açıqlama YAYDI
DİN vətəndaşlara çağırış edir: Diqqətli olun!