Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6332
az

ŞOK! Əsgər hərbi hissədən qaçıb,insanları girov götürdü +VİDEO

13:3922 Oktyabr, 2018
2085
DÜNYA
  • A
 Türkiyənin Qaziantep şəhərində yerləşən hərbi hissədən qaçan silahlı əsgər ticarət mərkəzində işləyənləri girov götürüb.

Oxu24.com  “NTV” televiziyasına istinadən xəbər verir ki, fərari hərbçi qaçan zaman özü ilə “G3” markalı tüfəngini də götürüb.

Hələlik kimliyi açıqlanmayan hərbçi daha sonra ticarət mərkəzinə basqın edərək orada işləyənləri girov götürüb. Ticarət mərkəzinə giriş-çıxış bağlanıb.

Hadisə yerinə çox sayda polis, jandarma qüvvələri, xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb edilib. Təhlükəsizlik qüvvələri girovları azad etməsi və təslim olması üçün silahlı hərbçi ilə danışıqlar aparırlar.

Hadisənin səbəbi məlum deyil.

Türkiyənin Qaziantep şəhərində ticarət mərkəzinə girən fərari əsgər girovları sərbəst buraxıb, özü isə təslim olub.Hadisə ilə bağlı əməliyyat yarım saat çəkib.

Fərari əsgər hüquq-mühafizə orqanlarına aparılıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Orada şiddətli döyüşlər gedir: sülhməramlılar ölüb
Bu ölkədən ABŞ-a ƏZƏLƏ NÜMAYİŞİ -Hərbi təyyarələr geri qaytarıldı
Türkiyədə dəhşətli faciə ilə bağlı 15 nəfər HƏBS EDİLDİ