Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
63119
az

Koronavirusdan sağalanlar bu müddətdə ölə bilər

00:4927 Dekabr, 2021
499
CƏMİYYƏT
  • A


Rusiyalı immunoloq, tibb elmləri namizədi Nikolay Kryuçkov koronavirusdan sağaldıqdan sonra ölüm riskindən danışıb.
"OXU24.COM" publika.az-a istinadla xəbər verir ki, Kryuçkova görə, xüsusilə yaşlılar, xroniki xəstəlikləri olanlar və digər ciddi xəstəlik daşıyıcıları risk altındadır.

İmmunoloq bildirib ki, onlar insult, infarkt və ya qan laxtasının ayrılması nəticəsində ölə bilər. Həkim izah edib ki, sağaldıqdan sonra da COVID-19-un ürəkdə, beyin fəaliyyətində, sinir sistemində təsirləri davam edir: “Ən pisi odur ki, o, irəliləyir və bədən bunu kompensasiya edə bilmir. Xüsusən də həmin şəxs intensiv müalicə almırsa. Nəticədə 3-4 ay keçir və xəstə ya insult, ya da ağır infarktdan dünyasını dəyişir”.

Kryuçkov bu ölümlərin koronavirus statistikasına daxil olmadığına diqqət çəkib.

Daha əvvəl də virusoloq, professor Anatoli Altşteyn koronavirusdan ölüm müddəti barədə məlumat vermişdi. Ekspertin sözlərinə görə, COVID-19-dan ölüm infeksiyadan orta hesabla 3-4 həftə sonra baş verir. Eyni zamanda “omikron” ştamı ilə yüksək ölüm nisbətini və ya xəstəliyin ağır gedişatını gözləmək lazım deyil.

Paster adına Sankt-Peterburq Elmi-Tədqiqat Epidemiologiya və Mikrobiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini Vladimir Dedkov bildirib ki, xəstəliyin ağır gedişi və ölümcül nəticəsi olan halların sayı peyvəndlə azalır: “Ola bilsin ki, peyvənd tam qoruya bilmir, lakin buna baxmayaraq, insan yoluxduqda xəstəliyi daha yüngül keçirir”.

Təhlükəli infeksiyalar üzrə mütəxəssis, immunoloq Vladislav Jemçuqov 60 yaşdan yuxarı ruslar üçün koronavirusa qarşı federal səviyyədə məcburi peyvəndin tətbiq edilməsinə çağırıb. O bildirib ki, həmin şəxslər ağır şərtlərlə risk altındadır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ronaldonun hotelində vakansiya -İşçilərə görün nə qədər maaş verəcək
Prezident konfrans iştirakçılarına müraciət etdi
Hər il dünyada 20 milyondan çox insan bu xəstəlikdən ölür

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO