Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
63042
az

Azərbaycanda türk malları ucuzlaşa bilər

20:5424 Dekabr, 2021
234
CƏMİYYƏT
  • A

Türkiyə Mərkəzi Bankı bir neçə gün əvvəl uçot dərəcəsinin azaldılması barədə qərar qəbul edib. Qardaş ölkədə uçot dərəcəsi 15 %-dən 14 %-ə qədər endirilib.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən iqtisadçı ekspert Eyyub Kərimli bildirib ki, türk lirəsinin ucuzlaşması Azərbaycan iqtisadiyyatına əsasən iki istiqamətdə təsir edir.

"Birinci istiqamət insanlar və istehlakçılara təsirdir ki, bundan vətəndaşlarımız yararlana bilirlər. Bizim istehlakçılar lirənin ucuzlaşmasından müəyyən qədər xeyir götürürlər. Belə ki, türk lirəsi nə qədər ucuzlaşırsa, türk mallarına tələbat və maraq da bir o qədər artır, çünki qiymət daha ucuz olur. Lirənin ucuzlaşması davam edərsə, Türkiyədən gələn məhsulların qiyməti enə bilər."

İkinci istiqamət isə Azərbaycanın investisiya mühitinə təsiridir. Belə ki, Türkiyə Azərbaycanın ticarət dövriyyəsində əsas ölkələr sırasındadır. Bu il ölkələrimiz arasında ticarət dövriyyəsi 5 milyard dollara yaxın olub. Azərbaycan şirkətləri Türkiyəyə bu günə qədər 20 milyard dollardan yuxarı investisiya yatırdıblar. Ölkəmizin müəyyən şirkətləri ordaa iqtisadi fəaliyyətlə məşğuldurlar. Lirənin ucuzlaşması cüzi də olsa Türkiyəyə yatırım edən şirkətlərimizə mənfi təsir edə bilər", - deyə E.Kərimli bildirib.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının 24 dekabr tarixinə olan məlumatına görə, 1 Türkiyə lirəsi 0.1475 manatdır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI


Kişilərin qadınlardan daha çox aldatdığı doğrudurmu? - SORĞU NƏTİCƏLƏRİ
"Cərrahın yanına getmərəm, nəyəmsə oyam" - VİDEO
Psixoloji test: Özünüzə hansı hədiyyəni verməli olduğunuzu söyləyəcək - FOTO

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Abşeronda 13 min manatlıq dələduzluq edənlər saxlanıldı