Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat nəticəsində Maştağa qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Səlim Quliyev saxlanılıb. Qəsəbə ərazisində yaşadığı evə baxış zamanı Səlim Quliyevə məxsus ümumi çəkisi 5 kiloqram 90 qram olan marixuana və elektron tərəzi aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində marixuananı bir müddət əvvəl xüsusi qulluq edərək əkdiyini və qurutduğunu bildirib. O, ifadəsində narkotiklərdən istifadə etməklə yanaşı qanunsuz dövriyyəsi ilə məşğul olduğunu da bildirib.
OXU24.COM xəbər verir ki, Faktla bağlı 14-cü Polis Bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib.
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının cari ilin dekabr ayında həyata keçirdikləri silsilə əməliyyat-axtarış tədbirləri nəticəsində isə rayonun Zabrat, Bakıxanov, Balaxanı və digər qəsəbələrində narkotik maddələrin qanunuz dövriyyəsi ilə məşğul olan daha 32 nəfər saxlanılıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər barəsində Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar başlanılıb. Sonuncu əməliyyatlar zamanı saxlanılan şəxslərdən ümümilikdə 7 kiloqrama yaxın müxtəlif xassəli narkotik vasitə və psixotrop maddə aşkar edilib. Sabunçu rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbirləri davam etdirilir
Oxu24.com
ŞƏRHLƏR