Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
62995
az

Uşaqlar arasında yayılan virusla bağlı - Rəsmi açıqlama

20:1023 Dekabr, 2021
251
CƏMİYYƏT
  • A

"Uşaqlar arasında mövsümi xəstəliklər hər il görülsə də, pandemiya başlayandan müraciətlərin sayı daha da artıb".

OXU24.COM qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin tabeliyində olan 2 saylı Klinik Uşaq Xəstəxanasının pediatr-infeksionisti Rəna Hüseynova bildirib.

Onun sözlərinə görə, bunun əsas səbəblərindən biri isə uşaqların bağçalara, məktəblərə getməsidir: "İndi sağlam uşaq da, xəstə uşaq da məktəbə, bağçaya gedir. Ona görə də xəstəlik çoxalır. Valideynlər xəstə uşaqları bağçaya, məktəbə göndərməməlidirlər".

R.Hüseynova qeyd edib ki, hazırda xəstəxanalara ən çox uşaqlar inaq (yuxarı tənəffüs yollarının, xüsusilə qırtlaq (səs tellərinin) və nəfəs borusunun iltihabı) səbəbindən müraciət edir:

"Uşaqlarda əsasən yüksək hərarət, öskürək, bəzən isə qusma, ishal müşahidə edilir. Çoxu bunu soyuqla əlaqələndirsə də, bu, virusdur. Sadəcə bədəndə virus olduğu üçün soyuqdəymə ilə əlaqəli xəstəlik daha da ağırlaşır. Valideynlərin çoxu bu kimi hallarda uşaqları həkimə gətirmədən, evdə müalicə etməyə çalışırlar. Bununla isə uşağın vəziyyəti daha da ağırlaşa bilər. Xəstə uşağa mütləq həkim baxmalıdır. Həkim təyin etmədən uşaqlara antibiotik verilməsi yolverilməzdir".

Pediatr-infeksionist xəstələnən uşaqlara qulluq üçün tövsiyələrini də verib: "Uşaqların qızdırması olarsa, ilk olaraq onlara "paracetamol" dərmanı vermək və çoxlu maye içirtmək lazımdır. Ən əsası isə valideynlər vaxt itirmədən yaşadıqları ərazi üzrə poliklinikalara müraciət edib həkimlərdən məsləhət almalıdırlar.

Xəstə uşaqları daha çox geyindirmək də düzgün deyil. Bu tərləməyə və daha çox vəziyyətin ağırlaşmasına gətirib çıxara bilər.

Valideynlərə məsləhətim odur ki, uşaqların əllərini tez-tez yumasına, sıxlıq olan ərazilərdə olmamalarına diqqət etsinlər. Gigiyenik qaydalara və sosial məsafəyə əməl etməklə uşaqların sağlamlığının qayğısına qalmaq mümkündür".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ronaldonun hotelində vakansiya -İşçilərə görün nə qədər maaş verəcək
Prezident konfrans iştirakçılarına müraciət etdi
Hər il dünyada 20 milyondan çox insan bu xəstəlikdən ölür

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO