Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
62973
az

Tural Abbaslının toyu niyə təxirə salınıb? – Müavini açıqladı

14:2923 Dekabr, 2021
244
CƏMİYYƏT
  • A

AĞ Partiya başqanı Tural Abbaslının dekabrın 22-nə təyin edilən toyu təxirə salınıb.

OXU24.COM  xəbər verir ki, Qaynarinfo-ya daxil olan məlumata görə, Tural Abbaslı karantin qaydalarına görə iki gün, iki gecə toy çaldıracaqmış. Birinci gün toya ailəsi və doğmaları, ikinçi gün isə siyasi partiyaların tanınmış simaları dəvət edilib. İkinci gün üçün nəzərdə tutulan toyun başlamasına bir neçə saat qalmış oğlan evi bütün dəvətlilərə toyun təxirə düşdüyün deyib.

Partiyanın başqan müavini Cavanşir Abbaslı Qaynarinfo-ya açıqlamasında bildirib ki, toy karantin qaydalarının tələb etdiyi şərtlərə görə təxirə salınıb:
Ad - 00:09
ƏTRAFLI
citynet.az

"Qonaqların sayı çox olduğundan dekabrın 22-ə ikinci bir toy mərasimi təyin edilmişdi. Yəni həmin gün siyasi elitanın tanınmış simaların iştirak edəcəyi 140 nəfərlik bir tədbir nəzərdə tutulmuşdu. Orada bizdən 150 nəfərdən artıq qonağın olmaması qaydasına əməl olunması tələb olundu və biz ona əməl edəcəkdik. Bu toyla bağlı biz müraciəti dekabrın 19-da etdik. Karantin qaydalardan biri də budur ki, ən azı 5 gün əvvəl portaldan qeydiyyatdan keçmək lazımdır. Biz isə 3 gün əvvəl müraciət etmişdik və oradan bizə tədbirin keçirilməsinə yardımçı ola biləcəklərini bildirdilər. Biz də ümidləndik və insanlara dekabrın 22-si üçün dəvətlər göndərdik. Amma dekabrın 21-də bizə həmin restorandan zəng gəldi ki, "toy mərasimini portalda qeydiyyatdan keçirə bilmədik və burada heç bir qərəz yoxdur. İstəyirsiniz, başqa vaxta təyin edin". Ona görə də belə vəziyyət yarandı və sosial şəbəkələrdə də məlumat yayıldı ki, Tural Abbaslının toyuna qadağa qoyulub. Əsla belə deyil".

Cavanşir Abbaslı onu da əlavə edib ki, Tural Abbaslının siyasi elitanın tanınmış simaları üçün nəzərdə tutulan toy mərasiminin yaxın ayların birində keçirilməsi planlaşdırılır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İşsizlərə ŞAD XƏBƏR - Mayın 7-də…
Xərçəng xəstəliyinin müalicəsində inqilabi İRƏLİLƏMƏ - Fərdi vaksin hazırlandı
Bakıda COP29-un keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü