Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6286
az

Azərbaycanda “Aİ-92” markalı benzinlə bağlı - MÜHÜM QƏRAR

09:4220 Oktyabr, 2018
1340
İQTİSADİYYAT
  • A
 Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilməsi barədə qərar verilib.

Oxu24.com-un xəbərinə görə, müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən, “Aİ-92” oktanlı benzin idxalı müvəqqəti olaraq gömrük rüsumundan azad edilib.Əvvəllər bu növ benzin üçün gömrük rüsumu 15 faiz idi.

Nazirlər Kabinetinin daha bir qərarı ilə “Aİ-92” markalı benzinin idxalına görə aksiz dərəcəsi bir ton üçün 200 manatdan bir manatadək azaldılıb. 

Hər iki qərar oktyabrın 1-dən tətbiq olunur və 90 gün müddətində qüvvədədir.

Qeyd edək ki, Nazirlər Kabinetinin belə qərarı Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (NEZ) işlərin planlaşdırılmış profilaktika işlərinə görə müvəqqəti dayandırılması ilə bağlıdır. Buna görə də benzin müəyyən həcmdə xaricdən idxal olunacaq.


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xəbərdarlıq edildi: Mayın 1-dən bu içkinin qiyməti artacaq
Bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ: Sabah saat 11:00-dan...
Əhaliyə bəd xəbər: BAHALAŞACAQ...

“WhatsApp”a  yeni funksiya əlavə edilir

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR