Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6284
az

Qastroenteroloq: \"Düzgün müalicə olunduqda mədə xorası...\"

00:2020 Oktyabr, 2018
1051
  • A
Mədə xorası-mədənin selikli qişasının tamlığının pozulmasıdır. Müxtəlif səbəblərdən mədə xorası yarana bilər. Ən çox səbəb olan faktorlara H.Pylori infeksiyasını, aspirin, ibuprofen və s. kimi qeyri-steroid preparatların qəbulunu, stressi, qeyri-düzgün qidalanmanı və s. misal çəkmək olar.

Xəstəliyin əlamətləri qida qəbulundan sonra mədə nahiyəsində (epiqastral) ağrılar, ürəkbulanma, qusma, gəyirmə, köp, iştahanın və defekasiyanın pozulması, yəni daha çox qəbizlikdir. Bundan əlavə əlamətlər arasında nəcisin qara rəngdə olması da var ki, bu xora nahiyəsindən qanaxmanı göstərir.
Oxu24.com xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində qastroenteroloq Ülkər Əliyeva bildirib.

Həkim deyib: "Antasid dərmanların qəbulu insanda ağrını müvəqqəti aradan qaldıra bilər, amma onlar xəstəliyi tam müalicə etməyəcək. Odur ki, sadalanan əlamətlər olarsa, həkimə müraciət etmək məsləhətdir. Xoranın zamanında müalicə olunmaması bir çox ciddi ağırlaşmalara gətirib çıxara bilər. Mədə xorasının ağırlaşmalarının əlamətləri mədə qanaxması, mədənin perforasiyası, yəni deşilməsi, xoranın maliqnizasiyası, yəni xərçəngə çevrilməsi, mədə çıxacağında daralmanın əmələ gəlməsi (Pilorik stenoz), xoranın mədəaltı vəzinin başına penetrasiyası, yəni sirayət etməsidir".


Ü.Əliyeva düzgün müalicə olunan mədə xorasının əksər vaxtlarda iki həftə müddətinə sağaldığını bildirib: "Mədə xorasının diaqnozunun qoyulmasında "Qızıl standart" mədənin endoskopik (qastroskopiya) müayinəsidir. Bu zaman mədəyə ucunda kamera olan alətlə daxil olunur və selikli qişa dəyərləndirilir. Mədə mikrobu olan Helikobakter Pilorini də qastroskopiya müayinəsi zamanı təyin etmək olur".

Qastroenteroloq yaz-payız aylarında mədə xorası olan xəstələrdə alovlanmaların müşahidə olunduğunu bildirib: "Ona görə də belə xəstələr, xüsusən yaz və payız fəsillərində ciddi müalicə-profilaktik tədbirlərə əməl etməlidirlər. Həkim nəzarətində olmalı, mütəmadi müayinədən keçməlidirlər. Vaxtında və düzgün müalicə xoranı tam sağaldır". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Virus infeksiyaları zamanı nədən ishal baş verir və ilkin olaraq nə etmək olar?
Bu xəstəxanalar pulsuz oldu
Qocalıqda sağlam beynin sirri: Həkim açıqladı

Titikaka gölü haqda maraqlı FAKTLAR

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Onların da sertifikatı ləğv olundu- Foto
Əziz Əliyev küçəsində qaydaları belə pozdular- Foto