Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6283
az

"Evdə heç kim yoxdur" - Valideynlərin nəzərinə - DİQQƏTLİ OLUN! - FOTO

22:4319 Oktyabr, 2018
1168
KRİMİNAL
  • A
Qapı bağlıdır, evdə heçnə olmaz, deyirsizsə yanılırsız.

Oxu24.com ARB TV-yə istinadən xəbər verir ki, azyaşlıları evdə tək, bağlı qapı arxasında qoyan valideyn az deyil.

Uşaq qapını açır, anan haradadır soruşanda da deyir ki, "evdə heç kim yoxdur"...

Valideynlər uşaqlarını evdə tək qoyarkən ehtiyatlı olmalıdırlar. Onlara qapını kimə açmalı olduqlarını öyrətməlidirlər və evdə tək qalarkən nəyə əl vurmamalarını başa salmalıdırlar. Əks halda nəticə acınacaqlı ola bilər.

Vüsal Yusifov - FHN-in xüsusi riskli xilasetmə xidmətinin əməkdaşı: "Evdə qaz sıza bilər, pəncərə açıq qala bilər. Təhlükədir hamısı".

Fövqəladə hallar nazirliyinin xüsusi riskli xilasetmə xidməti bu ilin 9 ayı ərzində uşağın bağlı qapı arxasında qalması ilə bağlı 182 çağırışın qeydə alındığını deyir. Ümumi 233 azyaşlı uşaq təxliyə olunaraq valideyninə təhvil verilib.

Vüsal Yusifov - FHN-in xüsusi riskli xilasetmə xidmətinin əməkdaşı: "Müraciətlərin çoxu axşam saatlarında olur. Bəzi valideynlərin iş vaxtı gec başa çatdığından, ailənin natamam olduğundan problemlər yaranır. Valideyn təbliğat aparmalıdır. DİN və FHN-in qaynar xəttini uşağa öyrətməlidir".

Ekspertlər də narahatdır. İl ərzində uşaqlarla bağlı təşkilatların qaynar xəttinə daxil olan 3-4 min zəngdən 800-900-ü məhz valideyn məsuliyyətsizliyi ilə bağlı olur. Nəticədə geri dönüşü olmayan hadisələr baş verir.

Kəmalı Haşımova - İB-nin icraçı direktoru: "Ana misan üçün, hansısa kafedə ya da başqa yerdə çalışır, gec gəlir. Bununla o uşağın da hüququnu pozur. Uşağın asudə vaxtı təşkil olunmur, və valideyn tərbiyəsindən kənar qalır. Hətta uşaq evdə bağlı qalır, ac olur".

Uşaqlar evdə, bağlı qapı arxasında həm də ona görə qalır ki, valideyn körpəsini əmanət edəcək adam tapmır. Problemin həlli olan uşaq bağçaları isə özləri ayrı problemdir. Nə qədər ki, proses sadələşməyib həm uşaqlar nəzarətsiz qalıb psixoloji sarsıntı keçirəcək, həm də valideynlər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xaçmazda evdən qadının meyiti tapıldı
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ
İsmayıllıda gənc oğlanın meyiti tapıldı

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Maşınla yol kənarındakı piyadanı    vurub    öldürdü