Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
62786
az

Badam südü. İmmuniteti gücləndirən, öskürəyi sağaldan içki

19:5719 Dekabr, 2021
217
CƏMİYYƏT
  • A

Badam bir çox vitamin və minerallarla zəngindir. Badam südü bizə Hindistandan gəlib.

Orada bu süd qədim zamanlardan çox təsirli müalicəvi və profilaktik vasitə kimi istifadə olunur.

Badam südünün  faydaları:

- ürək-damar sisteminin xəstəliklərinin qarşısını alır

- sinir sistemi üçün çox faydalıdır - sakitləşdirir, beyinin fəaliyyətini, yaddaşı yaxşılaşdırır

- immun sistemini möhkəmləndirir

- öskürək və bronxit zamanı müalicəvi təsir edir

- böyrəkləri təmizləyir

- maddələr mübadiləsini yaxşılaşdırır

- kişilərdə potensiyanı yaxşılaşdırır

- dərinin, saçların vəziyyətini yaxşılaşdırır.

Badam südünün hazırlanması:

1. 30 badam ləpəsi götürülür (şirin badamdan istifadə edin).

2. Badamın üzərinə 1 stəkan qaynar su tökülür, 20 dəqiqə saxlanır, qabıqları soyulur.

3. Badamı blenderə tökürük, üzərinə 100 ml qaynanmış su əlavə edirik, blenderdə yaxşı əzirik.

4. Alınmış badam südünü tənzifdən süzürük, üzərinə 200 ml inək südü əlavə edirik, qarışdırırıq.

5. Südə 1 çay qaşığı bal və bıçağın ucunda darçın əlavə edirik, qarışdırırırq və içirik.

Badam südünü hər gün 1 stəkan olmaqla içmək olar.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan bu ölkəyə başsağlığı verdi

Bakıda ev YANIR
Bakı metrosunda qatar yoluna düşən 20 yaşlı oğlanın son durumu- YENİLƏNDİ

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Ustalar hündürlükdən yıxıldı - Ölən var