Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6275
az

Parlament seçkiləri yeni gərginliklərə səbəb olacaq” - PROQNOZ

20:2519 Oktyabr, 2018
890
SİYASƏT
  • A
 Ermənistanda yaxınlaşmaqda olan parlament seçkiləri yalnız düşmən ölkədə deyil, Azərbaycanda da əsas müzakirə predmetlərindən birinə çevrilib. Xüsusilə də parlament seçkiləri ərəfəsində Ermənistanda daxili qarşıdurma və gərginliyin artması ehtimalı yüksək hesab edilir ki, bu da rəsmi İrəvan üçün yeni problemlər deməkdir.
Oxu24.com-a açıqlama verən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ermənsitandakı bölünmənin yalnız siyasi deyil, həm də iqtisadi-regional müstəviləri əhatə etdiyinə diqqət çəkdi:
“Ermənistanın siyasi həyatında bəlli bir müddətdir ki, gərginlik var. Bu, hər kəsə bəllidir. Ermənistana iki qruplaşma arasında qarşıdurma mövcuddur və bu qarşıdurma bütün toplumu bölüb. Sözügedən bölünmə həm siyasi, həm iqtisadi, həm də regional bölünmədir. Bu baxımdan gərginlik üçün ciddi əsaslar var.
Qarşıdan gələn parlament seçkiləri də növbəti gərginliyə səbəb olacaq. Bu seçkilər tərəflər arasında siyasi mübarizənin davam etməsinə stimul verəcək.
Koçaryan vuruğulayıb ki, siyasi partiya yaratmaq istiqamətində müəyyən addımlar atmaqdadır. Görünən odur ki, Koçaryanın tərəfdarlarının formalaşması, nizamlanması prosesi gedir və bu proses parlament seçkilərində də özünü göstərəcək”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Lukaşenko oliqarxları ittiham etdi: Hər şey ədalətsizliklə başladı
Vaşinqtonda fövqəladə vəziyyət elan edildi
Zelenski bir şərtlə atəşkəsə RAZILIQ VERƏCƏK

  • TOP GÜN
  • TOP HƏFTƏ
  • TOP AY

18+