Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6258
az

TƏCİLİ: Aktau-Bakı gəmisində kütləvi zəhərlənmə : ÖLƏNLƏR VAR

09:5719 Oktyabr, 2018
2282
KRİMİNAL
  • A
 18 oktyabr tarixində saat 21:20 radələrində Xəzər dənizinin mər­kəzi hissəsində, Pirallahı adasından 21 mil məsafədə Aktau-Bakı mar­­şrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus “Naz­mehr” quru yük gəmisində heyət üzvlərinin kimyəvi zəhər­lənməsi ilə əla­qədar təxirəsalınmaz köməklik göstərilməsi üçün müra­ciət edilməsi barədə Döv­lət Dəniz Agentliyindən Dövlət Sərhəd Xid­mətinin (DSX) Sahil Mühafizəsinə məlumat daxil olub.

DSX-dən Oxu24.com-a bildirilib ki, daxil olmuş məlumat dərhal dövlət sərhədinin mühafizəsində olan Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçi gəmisinə çatdırılıb və İİR gəmisi olan koordinatlara istiqamətləndiril­ib.

Sərhəd gözətçi gəmisi 00:30 radələrində “Nazmehr” yük gəmi­si­nə yan almış və 12 nəfər heyət üzvündən (1 nəfər Ukrayna, 11 nəfər İİR və­təndaşı) huşsuz vəziyyətdə olan 7 nəfəri gəminin göyərtəsinə götü­rərək sürətlə sahilə doğru hərəkət edib. İİR vətəndaşları “Naz­mehr” quru yük gəmisindən təxliyə edilərkən gəmi kapitanı onlardan 3-də həyat əlamətlərinin olmama­sını bildirib. Sərhəd gözətçi gə­misində digər 4 nəfərə ilkin tibbi yardım göstərilib, qabaqlayıcı təd­birlər görülməklə təcili tibbi yardım maşınları Abşeron dəniz limanına çağırılıb və xilas edilmiş heyət sahilə çıxarılaraq tibb briqadalarına təhvil verilib.

Saat 04:00 radələrində “Nazmehr” quru yük gəmisinin kapitanı sərhəd gözətçi gəmisi ilə yenidən rabitə əlaqəsi saxlayaraq daha 4 nəfər heyət üzvünün vəziyyətinin pisləşməsini bildirmiş və köməklik göstərilməsini xahiş edib.

Sərhəd gözətçi gəmisi müraciətə dərhal reaksiya verərək gəmiyə doğru istiqamət götürüb və daha 4 nəfər heyət üzvü xilas edilərək Abşeron dəniz limanına çatdırılıb.

Xilas edilmiş gəmi heyəti Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Siyəzəndə dəhşətli qəza -ÖLƏN VAR
Qaxda ağır qəza - Azyaşlı öldü
Tələbə faciəvi şəkildə ÖLDÜ

Qulaqcıqlarla bağlı CİDDİ XƏBƏRDARLIQ -Geri dönməz dəyişikliklərə səbəb olur

18+

Kuryer tələbə qızı zorlayıb (18+)
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir
Polis 1 gündə 69 kq-dan çox narkotik  aşkarladı