Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6254
az

Gecə makiyajla yatan xanımlar mütləq oxusun!

01:4519 Oktyabr, 2018
1236
TİBB
  • A
 
Hər bir qadın üçün dekorativ kosmetikanın alışı xoş emosiyalar deməkdir. Kosmetika aldıqda, biz, onun keyfiyyəti, yeni olması, parlaqlığı və həmçinin qiymətinə nəzər salırıq.

Lakin, lazımı kosmetikanı aldıqda onun lazımı görünüş yaratması üçün dərinin vəziyyəti çox önəmlidir. Bunun üçün isə istifadə etdiyimiz elə bu kosmetik vasitələri gecələr dəridən mütləq şəkildə təmizləməmiz vacibdir.

Bu mövzü hər birimiz üçün tanış olduğundan, demakiyaj adlanan bu prosedurun gündəlik olaraq edilmədiyi heç birimiz üçün sirr deyil. Lakin bunun üz dərisinə, göz ətrafı zonaya, kipriklərə nə qədər ziyanlı olduğunu bilirsinizmi?

Yaşadığımız mühitdə havada olan işlənmiş qazlar, tikintilərin tozu və s. kimi ziyanlı təsirlə bərabər gün ərzində tərləmək nəticəsində dəridə əmələ gələn piy qatı və hər səhər istifadə etdiyimiz kosmetik vasitələr birləşib dəriyə hopduqda, gecə təmizlənilmədən dəriyə necə təsir göstərir?

Gecələr, yuxudan öncə dəriyə hopan bu ziyanlı maddələr qatının təmizləmədiyiniz halda, rastlaşacağınız ən yüngül nəticə tıxanmış məsamələr olacaq. Bu problem haqda isə hər birimizin xəbəri olduğundan, tıxanmış məsamələr - sadəcə olaraq dərinin iltihabı, o isə sızanaqların yaranması deməkdir.

Həmçinin dərinin tıxanmış məsamələri onun nəfəs almasına mane olur, və nəticədə dəri oksigen almayaraq, solğun və xəstə halı alır.

Dəridən əlavə kipriklərə sürtülən tuş, gün ərzində gözəl örünüş yaratsa da, gecələr təmizlənmədikdə, kipriklərin qurumasına və kövrək olmasına gətirir. Məhz bu səbəbdən belə hallarda səhərlər yastığın üzərində bir neçə kiprik görə bilərsiniz.Demakiyaj prosesinin müddəti makiyajın necə siləcəyinizdən asılıdır. Ən asan yol, demakiyaj üçün istifadə olunan gel, köpük və ya mussla üzü yumaqdır. Bu prosedur 1-2 dəqiqə vaxtınızı alacaq. Lakin, bu tip demakiyaj quru və həssas dəri üçün, qış aylarında isə normal dəri üçün də uyğun olmaya bilər.

Su istiafdə etmədən makiyajın silinməsi bir az çox zaman aparacaq, lakin bu 5-6 dəqiqədən artıq olmayacaq. Ən həssas kiprik və gözətrafı zonadır. İstifadı etdiyimiz tuşların əsasən suya davamlı olması onun silinməsi üçün bir az zaman, gözətrafı zona isı çox incə olduğundan ehtiyyatlı olmanızı tələb edir.

İlk olaraq dodaqlardan boya və ya parlaq boyanı silmək, sonradan gözlərin demakiyaj etmək lazımdır. Bunun üçün kosmetoloqlar alt kipriklərin altına isladılmış pambıq disklərini qoymaq, sonradan isə demakijay üçün istiafdə etdiyimiz vasitəli pambıqla kiprikəri təmizləməyi məsləhət görürülər. İstiqamət kipriklərin ucuna olmalıdır. Sonda isə dəridən makiyajın silinməsidir ki, bunu, pambıq disklərə vasitəni əlavə edib, yüngül masaj hərəkətləri ilə təmizləmək məsləhətdir.

Ümid edirik,sizə gecələr dəridən makiyajın silinməsinin nə qədər vacib olduğunu bir daha xatırlatmış olduq. Unutmayın, dəriniz gecə nəfəs aldıqda, səhər daha təravətli və sağlam görünəcək.


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ürək xəstəliyi və qalxanvari vəz əlaqəli imiş..
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir
Hansı bağırsaq şişləri ən təhlükəlidir?

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ