Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
62537
az

Azərbaycanda şok hadisə: Yeyib-içdikdən sonra əl-qolunu bağlayıb görün nə etdilər

12:3113 Dekabr, 2021
968
REDAKTORUN SEÇİMİ
  • A

Göygöl Rayon Polis Şöbəsinə (RPŞ) dekabr ayının 9-da vətəndaşa məxsus nağd pulun soyğunçuluq yolu ilə ələ keçirilməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Oxu24.com-a məlumata görə, polis əməkdaşlarının keçirdikləri peşəkar əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri - Kamran Əliyev, Elgiz Mahmudov və Hüseyn Tağızadə saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, həmin şəxslər qabaqcadan əlbir olaraq, şəhər ərazisindəki kafelərin birində yeyib içdikdən sonra tanışları Fərhad Həsənovla (zərərçəkən) birlikdə, avtomobil ilə Göygöl rayonuna gəzməyə edib, yolda zərərçəkənin içkili olmasından istifadə edərək, onun əl-qolunu bağlayaraq cibindən 1900 manat nağd pulu soyğunçuluq yolu ilə ələ keçiriblər.

Saxlanılan şəxslər dindirilmə zamanı törətdikləri cinayət hadisəsini etiraf edərək əldə etdikləri pulu öz aralarında böldüklərini bildiriblər.

Faktla bağla RPŞ-nin İstintaq və Təhqiqat bölməsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Onların maaşı 40 faiz artdı
Əhali ən çox bu internet provayderindən şikayət edir
Əməkdar artistin oğlu soyuqdəymədən öldü

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Xəstə uşağı evə göndərərək ölümünə səbəb olan həkimə- Bu cəza verildi