Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
62507
az

Qış fəslinin əvəzolunmaz təamı: Yemişan mürəbbəsi belə hazırlanır - VİDEO

16:2312 Dekabr, 2021
203
CƏMİYYƏT
  • A

Yemişan meyvəsinin insan orqanizmi üçün faydaları saydıqca bitmir. Qara yemişanın tərkibi qiymətli maddələrlə zəngindir. Bu səbəbdən də o ən yaxşı dərman bitkilərindən hesab edilir. Onu toplamaq və saxlamaq çox çətindir. Əsasən qara yemişanı yetişən zaman yeyirlər. Təzə halda onun tərkibindəkilər orqanizm üçün daha faydalı olur. Qara yemişan unikal tərkibə malik olan giləmeyvələrdəndir. O, damarların divarını möhkəmləndirir, ürəyin işini yaxşılaşdırır, mədəaltı vəzin və bağırsaqların sağlamlığını qoruyub saxlayır.

OXU24.COM Sputnik Azərbaycan-a istinadən bildirir ki, qara yemişan həmçinin hüceyrələrin qocalmasını ləngidir, beynin qocalmasının qarşısını alır. Bu giləmeyvə orqanizmə ödqovucu, skleroz əleyhinə, kardiotonik, hipotenziv və iltihab əleyhinə vasitə kimi təsir göstərir. Onun dəmləməsi arterial təzyiqi aşağı salır, sklerozlaşmanın qarşısını alıq, kapilyar damarları təmizləyir, revmatizm, angina xəstəliklərinin əlamətlərini azaldır. Qara yemişan kapilyar damar xəstəliklərinin sağalmasına səbəb olur.

Mütəxəssislər şəkərli diabet xəstələrinə yemişandan istifadə etməyi məsləhət bilirlər. Bu giləmeyvə qanda şəkərin miqdarının azalmasına səbəb olur, maddələr mübadiləsini yaxşılaşdırır. Lakin uşaq əmizdirən qadınlar qara yemişandan istifadə edən zaman ehtiyatlı olmalıdırlar.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Həmkəndlisini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı
İtaliya Azərbaycana yeni səfir təyin etdi
Qarğıdalı alanda bunlara DİQQƏT EDİN