Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
625
az

“ABŞ dinc əhaliyə əzab verir" - Putindən sərt çıxış

15:5414 Aprel, 2018
1250
SİYASƏT
  • A
 Rusiya prezidenti Vladimir Putin ABŞ və müttəfiqlərinin Suriyanı vurmasına reaksiya verib. “Oxu24.com” xəbər verir ki, Putin bildirib ki, ABŞ və müttəfiqləri Suriyadakı hərbi və mülki obyektlərə zərbə endirməklə BMT və beynəlxalq hüququn nizamnaməsini pozublar.

Putin, həmçinin bəyan edib ki, Birləşmiş Ştatlar mülki əhaliyə qarşı kimyəvi silahdan istifadə edilməsini Suriyaya zərbə endirmək üçün səhnələşdirib.

Prezidentin sözlərinə görə, rusiyalı hərbi ekspertlər qeyd edilən ərazidə olublar. Xlor və ya digər zəhərləyici maddənin izinə rast gəlməyiblər: “Heç bir yerli sakin kimyəvi hücum faktını təsdiqləmədi”.

Putin əlavə edib ki, Suriya ətrafındakı mövcud gərgin situasiya bütün beynəlxalq əlaqələr sisteminə dağıdıcı təsir edir. O vurğulayıb ki, tarix hər şeyi öz yerinə qoyacaq. Necə ki, Yuqaslaviya, İraq və Liviyadakı qanlı qırğına görə tarix Vaşinqtonun üzərinə ağır məsuliyyət qoyub: "ABŞ öz hərəkəti ilə dinc əhaliyə əzab verir, faktiki olaraq terrorçulara yol verir".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Minsk Qrupu ləğv edilməlidir” - Zaxarova
Paşinyandan ETİRAF: "Danışıqların ancaq bir nəticəsi ola bilərdi..."
Ankara ilə Dəməşq arasında İLK ANLAŞMA: "Türkiyə mütləq mövqe tutacaq"

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı