Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6249
az

Zifaf gecəsi canlı yayında! Niyə də yox?!

21:5218 Oktyabr, 2018
1070
CƏMİYYƏT
  • A
Sərlövhə şok edir, eləmi? Demək istəyirsiniz ki, "bu lap ağ oldu!", hə?..

Azərbaycanda bu da baş verdi. Camaata canlı yayında uşağın dünyaya gəlməsini göstərdilər. Aparıcı da az qalırdı ortasından bölünsün. Həqiqətən də, şişirtmirik. Bilmirdi "aman Allah!" hayqırıb Tanrını mədh etməklə reytinqini yüksəltsin, ya "ilk dəfə!" ifadəsi ilə tamaşaçıların beynini dəlsin, yəni "bunu ilk dəfə mən elədim aaa". Canlı yayında doğuş: pisdir ya yaxşı?..

Oxu24.com islam.az-a istinadən bildirir ki, biz mövqeyimizi əvvəlcədən ortaya qoyub onu izah etməyə çalışacağıq. Bizə görə, bu, mənəvi deqradasiya səmtində atılmış növbəti inamlı addımdır.

Ola bilsin ki, bəziləri "yenə bu dindarlar başladı" söyləsinlər. Amma, əziz həmvətənlər, dindarlığın bu məsələyə əsla bir qarışacağı yoxdur. Bax, fikir verin, indi "abır", "həya", "ismət" sözləri arxaizmə çevrilməkdədir, bəlkə də artıq elə arxaizmin özüdür ki var. İndi abırlı olmaq trenddə deyil. İndi hər vasitə ilə abırsızlıq, həyasızlıq, ismətsizlik təbliğ olunur. Abırsız və ismətsizlərin də sıraları sürətlə artır. Dindara, insanın Allah tərəfindən yaradıldığına iman gətirən şəxs abır və ismətini gözləməlidir: "Həqiqətən,.. ismətlərini qoruyan kişilər və (ismətlərini) qoruyan qadınlar... üçün Allah bağışlanma və böyük mükafat hazırlamışdır." ("Əhzab", 35). Bu öz yerində.

Amma hətta ateistlərə görə abır və həya qorunmalıdır. Çünki əcdadları hesab etdikləri meymun indi də cəngəllikdə budaqdan budağa lüt atlanır. Amma insan, təkamül nəzəriyyəsinə əsasən, elə bu proses zamanı guya inkişaf edərək tədricən abırlanıb, həya nə olduğunu anlayıb və özünə əyin-baş düzəldib. Bir sözlə, abır, həya və ismət insanı heyvandan fərqləndirən xüsusiyyətlərdən biridir.

Yaxşı, bəs nədir abır, həya və ismət? Bu gün belə sual çoxları üçün ritorikdir. Bəlkə də artıq əhəmiyyətsizdir. Onlar üçün "Marsda həyat varmı?" sualı ilə "Həya nədir?" sualı eyni çəkilidir. Marsda həyatın olub-olmamağı onlarda bəlkə də zərrə qədər maraq oyada bilər. Fəqət, ikinci suala elə sualla da cavab verəcək: "Nəyimə lazım?" Təəssüf ki, reallığımız budur.

Bir məsələyə də toxunmaq istərdik. Azərbaycan televiziyası 1956-cı ildən fəaliyyət göstərir. 1960-cı il dekabrın 31-də isə ilk dəfə 2 saatdan artıq davam edən canlı efir olub. 58 il əvvəl. Sizcə bu zaman kəsiyində heç bir bəni-Adəmin ağlına canlı yayında doğuş anlarını nümayiş etdirmək nə üçün gəlməyib? Yəni bu 58 il ərzində televiziyamızda çalışanların hamısı geridə qalmış, süst və meşşan olublar? Ya insanın dünyaya gəlməsi dünən-bu günün söhbətidir, əvvəllər belə şey olmayıb? Xeyr! Məsələ burasındadır ki, əvvəllər TV-də çalışanların ABIR, HƏYA və İSMƏTİ olub, indi isə, bəzi istisnalarla, təəssüf ki, bunlar yoxdur. Bu xüsusiyyətlər itincə də, insan insanlıqdan çıxır, heyvanlaşır. "...Onların qəlbləri var, onunla anlamazlar; gözləri var, onunla görməzlər; qulaqları var, onunla eşitməzlər. Onlar heyvan kimidirlər, hətta daha çox azğınlıqdadırlar..." (Əraf, 179).

Heyvandan isə nə tələb edəsən? Yəqin hamımız həyatımızda heç olmasa bir dəfə hər hansı növ heyvanların cütləşmə prosesinə qeyri-ixtiyari şahidlik etmişik. "Heyvandı da" söyləyib nəzərlərimizi kənara fırlatmışıq. Amma heyvanın heç vecinə də olmayıb. Çünki heyvandır... Deməli, proses davam edəcək. Canlı yayında doğuş son deyil.

P.S. Hələ də sərlövhəyə şəkk edirsiniz? Deyirsiniz, yəni belə şey heç vaxt ola bilməz? Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ölənlər gəlinin bibiləri imiş -Toy təxirə salındı / FOTO
Ər 18 yaşlı həyat yoldaşını qətlə yetirdi
Ürək üçün ən faydalı 5 QİDA -Birlikdə istehlak edilsə...

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ