Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
62477
az

Tikinti materialları nə qədər bahalaşıb? - QİYMƏTLƏR

23:1010 Dekabr, 2021
603
İQTİSADİYYAT
  • A

Bakıda tikinti materialları il ərzində kəskin səviyyədə bahalaşıb. Oxu.Az-ın Azərbaycan Qiymətləndiricilər Cəmiyyətindən əldə etdiyi rəqəmlərə əsasən verdiyi məlumata görə, tikinti materiallarının ümumi qiyməti ay ərzində 1,3 faiz, il ərzində isə 24,2 faiz artıb.

Belə ki, noyabr ayı üzrə paytaxtda bir ədəd daşın qiyməti 60 qəpik, dəmir məmulatlarının bir ton üçün orta qiyməti 1 400 manat, taxta məmulatlarının kubmetr üçün qiyməti 460 manat, dam örtüklərinin kvadratmetri 11,5 manat, bir kubmetr qumun qiyməti 26 manat, bir kisə sementin orta qiyməti isə 7,5 manat təşkil edib.

Əvvəlki ayla müqayisədə noyabr ayı ərzində daş məmulatlarının, dam örtüklərinin və qumun qiyməti sabit, dəmir məmulatlarının qiyməti 3,7 faiz, taxta məmulatlarının 4,6 faiz, sementin qiyməti isə 2,8 faiz bahalaşıb.

 

İl ərzində isə daş məmulatlarının qiymətində 17,7 faiz, dəmir məmulatlarının qiymətində 27,3 faiz, taxta məmulatlarının qiymətində 48,4 faiz, dam örtüklərinin qiymətində 35,3 faiz, qumun qiymətində 4 faiz, sementin qiymətində isə 19,2 faiz artım müşahidə olunub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu maşınlar kəskin BAHALAŞDI
Azərbaycanda bu məhsullar KƏSKİN BAHALAŞDI -SİYAHI
Avro bahalaşdı, rubl isə... -MƏZƏNNƏ

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO