Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
62470
az

İnsan ömrünü artıran vitamin aşkarlandı

22:0110 Dekabr, 2021
454
CƏMİYYƏT
  • A

D vitamin orqanizmdə baş verən bir çox proseslərdə aktiv iştirak edir. Mütəxəssislərin fikrinə görə, bu vitaminin orqanizmdə normal səviyyədə olması hətta insanın həyatını uzada bilir.

Əksinə isə D vitamininin defisiti ölüm riskini artırır. Bu xüsusilə şəkərli diabet və xroniki xəstəlikləri olan insanlara aiddir.

OXU24.COM saglamolun.az-a istinadən bildirir ki, alimlər 1991-2011-ci illər arasında 80 minə yaxın insanın sağlamlıq və həyat tərzinə nəzarət edirdilər. Nəticədə məlum olub ki, qanda D vitamininin kəskin defisiti (10 nmol/l-dan aşağı) ölüm riskini 2-3 dəfə artırır. Əksinə isə D vitamininin 50-90 nmol/l səviyyədə olması ölüm riskini 30-40% azaldır.

Qanda D vitamininin səviyyəsi 50 nmol/l-dan aşağı olan şəkərli diabet xəstələrində qanda D vitamininin normada olan xəstələrlə müqayisədə ölüm riski 4,4 dəfə artmış olur.

D vitaminin defisitinin simptomları:

- İmmunitetin zəifləməsi, orqanizmin infeksiyalara qarşı davamlılığının azalması

- Əhvalın düşməsi, depressiya

- Əzələ və oynaqlarda ağrılar

- Dırnaqların kövrək olması, qırılması

- Səbəbsiz yorğunluq

D vitaminin əsas mənbəyi gün şüalarıdır. Bu vitamin dərimizdə gün şüalarının təsirindən sintez olunur. D vitamininin günlük dozasını almaq üçün 15-20 dəqiqə ərzində gün şüalarını qəbul etmək kifayətdir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu şəxslər hər gün yumurta yeməlidir
İlk görüşdən sonra əlaqəni necə davam etdirmək olar?
Yayda döymə etdirməyin! - Mütəxəssisdən XƏBƏRDARLIQ

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qusar bələdiyyəsinin sədri həbs olundu