"Noyabr ayının göstəricisi də üzə çıxsa, hazırda “Azəristilik” ASC-nin "Azəriqaz" İB-nə borcu 20 milyon manatın üzərindədir".
Oxu24.com xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktor Ruslan Əliyev deyib.
O bildirib ki, borcla bağlı bu gün “Azəristilik” ASC-yə məktub göndəriblər: "Bizdə olan məlumata görə, “Azəristilik”ə dövlət tərəfindən yardım olunur. Həmin yardımın bir hissəsi 12 milyon mantdır. Hətta dövlət tərəfindən yardımlar olsa da, qurum bizə tam ödəniş edə bilməz.
Ona görə də biz dekabr ayının 15-dən borclu qazanxanalar üzrə qazın dayandırmasını həyata keçirəcəyik. SOCAR “Azəriqaz” İstehsalat Birliyinin öz iqtisadi göstəricləri var. Bu ilin 11 ay ərzində “Azəriaz” Azərkontrakta aldığı qazın 100 faiz dəyərini ümumilikdə 575 milyon 350 min manatını ödəyib. Həmin məbləğin içərisində "Azəristilk"ə verilən qazın dəyəri də var.
Amma "Azəristilik" aldığı qazın maya dəyərini ödəməyib. Biz Azərkontraktdan qazın min kubmetrini 118 manata alırıq. Bir qurum olaraq təbii ki, çətin vəziyyətə düşürük. Biz vergi, DSMF kimi ödənişləri saxlaya bilmirik".
Oxu24.com
ŞƏRHLƏR