Avropa Komissiyasının “JRC” adlı qurumu gələcəkdə dünyada su üstündə müharibələrin başlayacağını bildirib.
“Oxu24.com xəbər verir ki, qurum 50-100 ərzində su üçün başlayacaq savaş nöqtələrini göstərən xəritə yayımlayıb.
Alimlərdən ibarət qrup qlobal istilər və baş verən iqlim dəyişikliyi səbəbindən dünyada 5 ərazinin çox kritik vəziyyətdə olduğunu bildirib.
İqlim dəyişikliyi səbəbindən su müharibələrinin başlanacağını gözləyən alimlər Nil, Qanqa, Kolorado və Dəclə-Fərət çaylarının ətrafında suya hakim olma cəhdinin olacağını qeyd ediblər. Onlar bildiriblər ki, qonşu ölkələr su üçün bir-birləri ilə müharibəyə qalxacaqlar.
“Global Envrionmental Change” adlı jurnalda yayımlanan məqalənin müəllifi Fabio Farinosi deyib:
“Məqsədimiz əvvəlcə siyasi əməkdaşlıq və gərginliklərə səbəb olacaq çay yataqlarını üzə çıxarmaq idi. İkinci məqsədimiz baş verən gərginliyi xəritədə göstərmək və zaman keçdikcə dəyişən sosial-iqtisadi dəyişikliklə necə formaya düşəcəyini göstərmək idi”.
Oxu24.com
ŞƏRHLƏR