Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6242
az

Paşinyana hava, su kimi lazım olan proses - Azərbaycanın bu addımı Qarabağı QAYTARACAQ

18:3818 Oktyabr, 2018
1059
SİYASƏT
  • A
“Hər zaman qeyd edirəm ki, Ermənistanda hakimiyyətə gəlmə səbəbindən asılı olmayaraq istənilən hakim dairələrdə oturan şəxslər ifrat erməni millətçisidir. Buna görə də onların Dağlıq Qarabağla bağlı hər hansı güzəştlərə gedə biləcəyi, ən azından beynəlxalq hüququ əsas götürərək davrana biləcəyini gözləmək mənasızdır”.
Bu sözləri Publika.az-a açıqlamasında politoloq Natiq Miri deyib. Ermənilərin Kələbəcərdə yeni qəsəbə salmasına münasibət bildirən politoloq qeyd edib ki, Paşinyanın öz xələfi Serj Sarkisyandan fərqli addımlar atmayacağı bəlli idi:


“Düzdür, Düşənbədə qarşılıqlı razılıq əldə edildi, amma bunu anlaşma kimi qəbul etmək olmaz. Orada sadəcə olaraq Azərbaycan dövlət başçısı ilə Ermənistan baş nazirinin ayaqüstü bir danışığı olub. Konkret hansısa nəticəyə varacaq söhbətlər aparılmayıb. Sadəcə iki dövlət arasıda bu günə qədər heç vaxt mümkün olmayan açıq mexanizm xətti nəzərdə tutulurdu. Düşünülürdü ki, bu, münaqişənin həllinə maraqlı olan şəxslərə müstəqil davranma şəraiti yaradar. Məsələn, belə deyək, ATƏT-in Minsk qrupunun həmsədirlərinin bu məsələdə dominant olan Rusiyanın iştirakı olmadan istənilən zaman hərbi təxribatlar olduğu təqdirdə, birbaşa qarşı tərəflə danışıqlara girib təxribatların qarsısın almaq imkanı var. Bu həm də Ermənistanla-Azərbaycana vasitəçi olmadan danışıqların aparılmasına imkan yaradırdı. Buna baxmayaraq, Paşinyanın növbəti dəfə Dağlıq Qarabağ probleminin həllində sərsəm hərəkətlərə yol verməsi onu göstərdi ki, bu adam konkret şəkildə siyasətdən uzaq bir şəxsdir. Paşinyan anlamalı idi ki, Düşənbədə baş verən ayaqüstü söhbət məhz Rusiyanın təzyiqi ilə baş tutmuşdu. Çünki spontan olaraq adətən iki düşmən dövlətin rəhbərləri arasında bu cür münaqişələr müzakirə edilmir. Təbii ki, Rusiya Federasiyasının lideri Vladimir Putinin Azərbaycana səfəri çərçivəsində bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən xahiş etdiyi ehtimal olunur. Bu məsələnin həlli bu gün Paşinyana hava, su kimi lazımdır, amma o, bunun fərqində deyil”.
Politoloq onu da əlavə edib ki, bu gün Ermənistanda iqtisadi-siyasi vəziyyətin həddən artıq gərgin olması ölkəni idarəedilməz hala gətirib çıxarıb:
“Ermənistanın qanunverici orqanı iflic vəziyyətdədir. Hökumət başçısı istefaya gedib. Bütün məsələlərin əsas səbəbi olan növbədənkənar parlament seçkilərinin isə konkret tarixi təyin edilməyib. Bu qədər qarışıq bir zamanda Paşinyana özünün olmayan nüfuzunu qoruyub saxlaya bilməsi üçün ayrıca zaman lazım idi. Qarabağ klanı isə Dağlıq Qarabağ cəbhəsində hərbi təxribatlar törətmək imkanına malikdir. Ona görə də, İlham Əliyevlə Paşinyan arasındakı kiçik dialoq bu cür təxribatların qarşısını almağa yönəlik bir addım idi. Bunu Paşinyan kimi təcrübəsiz siyasətçi anlamalı idi. Təəssüf ki, bütün bunlara rəğmən, yenidən Azərbaycanın işğal altında olan torpaqlarında bu cür qanunsuz hərəkətlərə yol verilir. Bu anlaşmanı çıxmaza aparır. Bütün bunlar onu göstərir ki, Nikol Paşinyan ona vaxt ayıracaq, sərsəm bəyanatlarına cavab veriləcək qədər önəmsənilməməlidir. Azərbaycan öz qiymətli vaxtını qətiyyətli addımlara ayırmalı və bunun nəticəsində yeni bir proses yaratmalıdır. Bu proses yaradılarsa, bütün dünya gücləri Ermənistanı danışıqlar masasına oturmağa və Azərbaycanın torpaqlarını geri qaytarmağa məcbur edəcək. Proses deyərkən nəzərdə tutduğum Aprel döyüşləri fonunda hərbi hərəkətlərə başlamaqdır. Azərbaycan bunun üçün ilk olaraq paytaxt Bakıda bütün təşkilatların, səfirliklərin, hüquqşünasların iştirakı ilə Beynəlxalq Qarabağ Konfransı keçirməlidir. Bundan sonra düşünürəm ki, bütün Azərbaycan dövlətinin adından son dəfə olaraq Ermənistana işğal edilmiş torpaqlardan çıxmalarına dair ultimatum xarakterli mesaj göndərilməlidir. Qarşı tərəf razılıq verməzsə, Azərbaycan BMT-nin nizamnaməsi çərçivəsində ona verilən hüquq yönündə addım atmağa başlamalıdır. Bundan sonra Azərbaycan özünün müəyyənləşdirdiyi zaman çərçivəsində, lokal sürətli hərbi əməliyyatlara başlamalıdır”.
Natiq Miri Azərbaycanın Kəlbəcərlə bağlı BMT-yə müraciət etməsinin fayda verəcəyini düşünmədiyini də dilə gətirib:
“BMT-nin mandat verdiyi ATƏT-in minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həllinə bu günə qədər hansı reaksiyanı veriblərsə, bu, bundan sonra da belə də davam edəcək. Onların bu məsələyə reaksiya verəcəyi, Ermənistana nizamnamənin müddəalarını xatırladacağını düşünmürəm. Onların mövqeyi bəllidir, kənardan tamaşa etmək”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Lukaşenko Qarabağda baş verənlərə görə Ermənistan rəhbərliyini günahlandırdı
İlham Əliyev Kremlə QƏRARINI AÇIQLADI - Bu vaxta kimi Qarabağı tərk edin
Bakı Xankəndinə bir az da yaxınlaşdı - Rusiya hansı müdaxiləni edəcək?

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ