Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6235
az

Rəis maşını aşırdı, özü öldü: içkili imiş və... -

15:5218 Oktyabr, 2018
916
KRİMİNAL
  • A
Dünən Cəlilabad rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Rayonun Qarazəncir kəndində idarə etdiyi "VAZ 2121-Niva” markalı atomobilin qəzaya düşməsi nəticəsində vəfat edən 1958-ci il təvəllüdlü Qubadov Füzuli Saran oğlu Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Cəlilabad şöbəsinin rəisi olub. Yaxınlarının bildirdiyinə görə, F.Qubadovun maşın sürmək təcrübəsi çox olmayıb. Belə ki, dünən onun sürücüsünün başqa işi olduğundan şöbə rəisi özü maşını sürərək evə qayıtmaq istəyib. O, kəndin içində, o qədər də sərt olmayan döngədə maşını aşırıb və hadisə yerindəcə keçinib.

Məlumata görə, F.Qubadov bir müddət əvvəl ürək əməliyyatı keçirib və onun ürək damarlarına stend qoyulub. Bu yaxınlarda o, açıq ürək əməliyyatı keçirməyi planlaşdırırmış. Yaxınları hadisə vaxtı F.Qubadovun ürəyində problem yaranmasını və sükan arxasında vəfat etməsini də istinad etməyiblər.

O da məlum olub ki, hadisə vaxtı F.Qubadov spirtli içkinin təsiri altında olub. Faktla bağlı raşdırmalar davam etdirilir.
 
///Publika.az Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zaqatalada daha bir yeni doğulan körpə öldü
Bakıda gözəllik salonunda qadını ürəyindən bıçaqlayıb öldürdülər -DETALLAR
Bıçaqlı şəxs banka girdi: Qadını girov götürdü

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
TƏCİLİ! Ata və oğul həbs olundu