Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6228
az

Saatlıda ŞOK olay: Birini səhər,digərini günorta öldürdü

12:2818 Oktyabr, 2018
1124
KRİMİNAL
  • A
Oktyabrın 14-də saat 23 radələrində Saatlı rayonu ərazisində Goranboy rayon sakini Sərxan Mirzəyevin əlindən aldığı güllə yarası ilə xəstəxanaya gətirilməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

DİN-dən Oxu24.com-a verilən xəbərə görə, araşdırmalarla müəyyən edilib ki, rayonun Orta Muğan kəndindəki fermaların birində çoban işləyən S.Mirzəyev xəsarəti digər çoban yoldaşı, İmişli rayon sakini Aqşin Astanovun ov tüfəngindən açdığı atəş nəticəsində alıb.

Dərhal keçirilmiş təxirəsalınmaz tədbirlərlə A.Astanov İmişli rayonunun ərazisində saxlanılıb.
İstintaq-əməliyyat tədbirləri ilə A.Astanovun həmin gün axşam törətdiyi daha bir ağır cinayətin üstü açılıb.

Belə ki, bu şəxsin Sabirabad rayonunun Xəlfəli kəndi ərazisində onunla birgə işləyən Bakı şəhər sakini Natiq Gülbalayevlə aralarında baş vermiş münaqişə zəminində tüfəngdən açdığı atəşlə sonuncunu qətlə yetirməsi, meyitini isə həmin kəndin ərazisindən keçən kanala atması müəyyən edilib.

Meyitin və cinayət törədilərkən istifadə edilmiş tüfəngin tapılması istiqamətində tədbirlər görülür. Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zaqatalada daha bir yeni doğulan körpə öldü
Bakıda gözəllik salonunda qadını ürəyindən bıçaqlayıb öldürdülər -DETALLAR
Bıçaqlı şəxs banka girdi: Qadını girov götürdü

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıt və Abşeronda 26 min manatlıq      oğurluq     edilib