Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
62153
az

ABŞ Rusiyaya xəbərdarlıq edib: Əks halda...

10:2306 Dekabr, 2021
374
DÜNYA
  • A

“Ümid edirəm ki, Rusiya mövcud fikir ayrılığının aradan qaldırılması üçün öz qoşununu geri çəkəcək və gərginliyin azalması üçün diplomatik vasitədən istifadə edəcək”.

Oxu24.com ABŞ Dövlət Departamentinin rəsmi məlumatına istinadən xəbər verir ki, bunu ölkənin dövlət katibi Entoni Blinken ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclasında iştirakı çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla keçirdiyi görüşlə bağlı açıqlamasında bildirib.

“ABŞ iki ölkə arasında yaranmış vəziyyətlə bağlı problemlərin həllinə yardım etməyə hazırdır. Rusiyanın xarici işlər naziri Sergey Lavrova açıq aydın başa salmaq istədim ki, Rusiya Ukraynaya münasibətdə istənilən təcavüzkar akt gerçəkləşdirsə, bunun çox ciddi nəticələri olacaq”, - E.Blinken vurğulayıb.

Dövlət katibi qeyd edib ki, Rusiya Ukrayna ilə sərhəddə önəmli dərəcədə qüvvə cəmləyib:

“Biz Ukrayna daxilində sabitliyi pozmaq, bu ölkəyə qarşı təbliğat kampaniyasını aparmaq üçün sosial şəbəkələrdə fəaliyyətin 10 dəfə artdığını müşahidə etmişik”.

E.Blinkenin sözlərinə görə, Rusiyanın Ukraynaya ehtimal olunan təcavüzü şəraitində NATO müdafiə potensialını artırmağa hazırdır.

Jurnalistin Rusiyaya qarşı hərbi əməliyyatların nəzərdə tutulub-tutulmaması ilə bağlı sualına cavabında dövlət katibi ciddi iqtisadi sanksiyalar tətbiq etməyi planlaşdırdıqlarını söyləyib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İran "Hizbullah"a kömək üçün onu Livana göndərir -Savaş hazırlıqları başladı
Bayden administrasiyası Ermənistanı görün nəyə hazırlayır -Nəticəsi ağır olacaq

İsrail Nəsrullahı öldürəcəyini ABŞ-a son anda bildirib

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO