Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
62016
az

Nə üçün sol böyür üstə yatmaq lazımdır?

20:5002 Dekabr, 2021
220
CƏMİYYƏT
  • A

Hansı vəziyyətdə yatmaq sağlamlıq üçün daha faydalıdır?

Bu suala cavab vermək üçün alimlər onlarla araşdırma və eksperiment aparıblar. Bir çox belə araşdırmaların nəticələri göstərir ki, məhz sol böyür üstə yatmaq sağlamlıq üçün daha faydalıdır.

OXU24.C0M Saglamolun.az-a istinadla xəbər verir ki, Norveç və Danimarka alimləri 2 il ərzində 1000-dən artıq insanın iştirakı ilə araşdırma aparıblar. Alimlər belə qərara gəliblər ki, insanın sağlamlığına və əhvalına onun yatdığı poza çox ciddi təsir edir.  

Alimlər qeyd edir ki, sol böyürü üstə yatan insanlar yuxu zamanı daha yaxşı dincəlir və bərpa olunur və onların sağlamlığı digər pozalarda yatanlarla müqayisədə daha möhkəmdir.

Böyür üstə yatan qadınlar daha çox yaşayır. Tədqiqatçılar aşkar ediblər ki, qadınlar böyür üstə yatmağı kişilərlə müqayisədə daha çox sevir. Alimlərin fikrinə görə, qadınların kişilərdən daha çox yaşamağı da o cümlədən bununla da bağlı ola bilər.

Sol böyür üstə yatmaq nə üçün faydalı sayılır?

- Belə vəziyyətdə mədə qida borusundan aşağıda yerləşir ki, bu da mədə-bağırsaq sisteminin fəaliyyətinə müsbət təsir edir, qıcqırma, qəbizlik, qıcıqlanmış bağırsaq sindromu kimi pozulmaların qarşısını alır.

- Qan dövranı və o cümlədən beyin qan dövranı üçün faydalıdır.

- Xoruldamanın riskini azaldır. Xoruldama zamanı insanda nəfəsalmanın ani dayanması mümkündür ki, bu da erkən ölümün riskini artırır. Həm də xoruldayan insanlar gecə pis yatır və səhər yorğun və halsız olur.

Alimlər qeyd edir ki, ürək çatışmazlığından əziyyət çəkən və infarkt keçirdən insanlar sol böyürü üstə yatmamalıdır. Bu onlara ziyan vura bilər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qonaqlar gəlmədən tualetə bir qaşıq duz tökün – Evdar qadınların sirri
Blinken Kiyev barında gitara çalıb, mahnı oxudu - VİDEO
Yadplanetlilər bizi eşitməyəcək - SƏBƏB

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi