Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6200
az

Qaşıqçı musiqi sədaları altında belə öldürüldü: başı kəsildi, barmaqları qoparıldı, cəsədi... -

12:1017 Oktyabr, 2018
1203
KRİMİNAL
  • A
Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda yoxa çıxan səudiyyəli jurnalist Camal Qaşıqçı ilə bağlı yeni səs qeydləri ortaya çıxıb.

Publika.az “Yeni Şəfəq” nəşrinə istinadən xəbər verir ki, səs qeydlərindən birində tələm-tələsik Ər-Riyada qaçan baş konsul Məhəmməd Uteybinin ciddi təşviş keçirməsi görünür.

Nəşrin yazdığına görə, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman müxalif jurnalistin aradan götürülməsi üçün Ədliyyə Tibb Qurumunun başçısı da daxil olmaqla, İstanbula 15 adam göndərib. Sənəd üçün konsulluğa gələn Qaşıqçının işgəncələrə məruz qaldığı bildirilir. Məlumata görə, sorgu zamanı ilk olaraq barmaqları qoparılıb, daha sonra başı kəsilib.



Baş konsul Uteybi işgəncə zamanı “Bunu çöldə edin, başımı bəlaya salacaqsınız!” deyib. Jurnalistə işgəncə verənlər isə konsulu “Əgər Ərəbistana gələndə yaşamaq istəyirsənsə, sus!” şəklində xəbərdar edilir.

Qətərin “Əl-Cəzirə” kanalı da cinayətlə bağlı tükürpədici detalları paylaşıb. İddiaya görə, Camal Qaşıqçı konsulun kabinetində öldürülüb və cəsədi 7 dəqiqə ərzində hissələrə ayırıblar. Cəsədin hissələrə bölünməsi işini isə səudiyyəli tibb mütəxəssisi Salah Məhəmməd əl-Tubaigi həyata keçirib. O, bu zaman yanındakılarına musiqi dinləməyə məsləhət görüb.

Qeyd edək ki, itkin düşən səudiyyəli jurnalistin ailə qurmaq üçün lazım olan sənədlərə görə oktyabrın 2-də getdiyi konsulluq binasından bir daha çıxmadığı bildirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Göldə 40 yaşlı kişinin meyiti tapıldı
Bakıda 41 min dollarlıq dələduzluq edənlər saxlanıldı
Zaqatala dağlarında faciə: ayı qazini parçaladı

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Göldə 40 yaşlı kişinin meyiti tapıldı