Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6195
az

15 respublikadan ancaq Azərbaycanda: Eşşək ətinin satışına icazə verilib

10:4017 Oktyabr, 2018
957
CƏMİYYƏT
  • A
“Ölkədə hər hansı bir heyvanın ətinin satılmasına heç bir qadağa yoxdur. Nazirlər Kabinetinin bununla bağlı nə bir qərarı, nə də belə bir siyahı var”.

Bunu Cebhe.info-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov deyib. Onun sözlərinə görə, ölkədə istənilən heyvan ətinin satışı mümkündür:

“Məndə 1963-cü ilin 15 respublika üzrə təsdiq olunmuş sənədi var. O respublikalar arasında yalnız Azərbaycanda eşşək ətinin satışına icazə verilib. Çox təssüflər olsun ki, həmin sənəd indiyə kimi heç bir orqan tərəfindən təsdiq olunmayıb. Yəni, belə bir biabırçılıq Azərbaycanda mövcuddur. Təsadüfi deyil ki, iki il öncə Kənd Təsərrfatı Nazirliyinin idarə rəisi çıxış edərək qeyd etdi ki, Azərbaycanda hər bir heyvan ətini satmaq olar. Sadəcə olaraq istehlakçı aldadılmasın . Mən bu açıqlama ilə bağlı demişdim ki, o zaman Kənd Təsərrüfatı Nazirliyinin qarşısında bir mağaza açmaq və it ətini orada satmaq lazımdır ki, özləri alsın”.

Eyyub Hüseynov onu da əlavə edib ki, İslam Əməkdaşlıq Təşkilatının üzvü olan ölkə kimi Azərbaycanda bir sıra heyvanların əti qadağan olunmalıdır:

"Bunu din xadimləri də deməlidir. Bizim mentalitetimiz var və bundan uzaqlaşmamalıyıq. Avropanın, Amerikanın və uzaq ölkələrin bir çox  əməlləri Azərbaycana sirayət olunur. O cümlədən, itlərin qorunması da bu məsələlərin içərisindədir”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ölənlər gəlinin bibiləri imiş -Toy təxirə salındı / FOTO
Ər 18 yaşlı həyat yoldaşını qətlə yetirdi
Ürək üçün ən faydalı 5 QİDA -Birlikdə istehlak edilsə...

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ