İmişlidə 4 azyaşlı övladını ataraq ər evindən qaçan Camalova Rövşanənin Bakıda bir mənzildən tapıldığı barədə məlumat vermişdik.
Oxu24.com xəbər verir ki, qızını evə qaytarmaq üçün "Səni axtarıram"a gələn Rövşanənin anası onu fikrindən döndərə bilməyincə canlı yayımda halı pisləşib.
Dərhal studiyadakı insanların köməyi ilə divana oturdulan qadının vəziyyəti daha da pisləşib. Təcili tibbi yardım əməkdaşlarının müdaxiləsindən təxminən 30 dəqiqə sonra qadın studiyaya qaytarılıb. Vəziyyətinin yaxşı olmadığı hər halından hiss edilən qadının efirdə infarkt keçirdiyi barədə səslər eşidilib.
Oxu24.com
ŞƏRHLƏR