Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6184
az

Bakıda itlərin əhatəsində tapılan iki yaşlı uşaq kimdir?

23:5916 Oktyabr, 2018
1108
KRİMİNAL
  • A
Bakıda iki yaşlı qız uşağını demək olar ki, itlərin ağzından alıblar.

Oxu24.com Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədr müavini və eyni zamanda Birliyin nəzdindəki Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin direktoru Vasif Akifli məlumat verib.

Uşağı bir kişi oktyabrın 12-də səhər saat 5:00-da Mir Cəlal küçəsində çoxsaylı itlərin əhatəsində tapıb. O, itlərin hürüşmə səsi ilə yanaşı ağlayan uşaq səsi də eşidib. Yaxına gedərək səhərin alaqaranlığında uşağın orada nə etdiyinə baxmaq istəyib. İtləri qovaraq orada çirkin içində və soyuqdan donmuş qız uşağını görüb. Yoldan keçən adam bu barədə Bakının Nəsimi rayon Polis İdarəsinə məlumat verib. Polis isə uşağı müvəqqəti olaraq sözügedən sığınacağın himayəsinə verib.
Akiflinin sözlərinə görə, uşağın bədənində hər hansı fiziki zorakılıq əlamətləri aşkarlanmayıb, təkcə ayağı yaralı olub. Lakin uşağın küçəyə atılması və sahibsiz itlərin əhatəsinə düşməsi faktının özü elə zorakılıq deməkdir.

Uşaq hələ öz adını deyə bilmir. Onu sadəcə Mələk adlandırıblar. Bir xeyli axtarışdan sonra uşağın valideynləri olduğu güman edilən şəxslər "Səni axtarıram" verlişinin vasitəsilə üzə çıxarılıblar. Özlərini həmin uşağın nənəsi və qohumları adlandıran şəxslər efirə gələrək uşağın adının Lalə olduğunu deyiblər.

Qadınlar uşağın oğurlandığını iddia ediblər. Buna baxmayaraq, hüquq-mühafizə orqanları iki yaşlı Lalənin nəzarətsiz olaraq küçəyə necə çıxdığını müəyyən etmək istiqamətində iş aparırlar.

Əldə edilən ilkin informasiyaya görə, Lalə qaraçı ailəsindəndir. Uşağın şəklini görən Facebook sosial şəbəkəsinin istifadəçiləri qeyd edirlər ki, bu uşağı naməlum qadınla birlikdə "Koroğlu" metrostansiyasının yanında dilənən görüblər.

Bununla belə, hüquq müdafiəçiləri hər şeyi edirlər ki, uşağı küçədə ölümə tərk edən məsuliyyətsiz valideynlərin əlinə verməsinlər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanlı müğənni evində ölü tapıldı - FOTO
Kəlbəcərdə usta 4-cü mərtəbədən yıxıldı
Bakıda “Prado” ilə avtoşluq edən şəxs həbs olundu

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanıldı