Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6177
az

“İşğal olunmuş ərazilər Azərbaycana qaytarılmalıdır” - ABŞ-DAN SENSASİON TƏLƏB

16:5116 Oktyabr, 2018
839
  • A
 “Dağlıq Qarabağ münaqişəsinin həlli işğal olunmuş ərazilərin bir hissəsi (Azərbaycana-red) geri qaytarılmadan mümkün deyil”.

AzVision.az xəbər verir ki, bunu ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz “EVN Report”-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistan xalqı onun üçün nəyin məqbul olduğunu özü həll etməlidir. Diplomatın fikrincə, onu təəccübləndirən məsələ budur ki, Ermənistanda Dağlıq Qarabağ münaqişəsinin güzəştlər və ya məqbul həll yolları barədə müzakirələr demək olar yoxdur:

“Ermənistana gəldiyim zaman bir çox ermənilərlə həmsöhbət oldum. Onlar sülh yolu ilə nizamlanma çərçivəsində işğal olunmuş ərazilərin qaytarılmasının qəti əleyhinədirlər. Uzun illərdir ki, mənim hökumətimin anlayışı ondan ibarətdir ki, bu ərazilər əvvəlcədən “tutulmuşdu” ki, gələcəkdə “sülh müqabilində - torpaq” formulu çərçivəsində istifadə edilsin. Və mən bu varianta heç bir dəstəyin olmadığını görəndə çox təəccübləndim”.

Diplomatın sözlərinə görə, acı reallıq ondan ibarətdir ki, istənilən həll işğal olunmuş ərazilərin bir hissəsinin qaytarılmasını tələb edir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Cəbrayıl şəhərinə daha 42 ailə yola salındı
Bayram günlərində azad olunan ərazilərə səfər etmək istəyənlərin nəzərinə! -VİDEO
Xankəndidə 50 ildən sonra badminton üzrə ölkə çempionatı keçirildi -FOTO

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Göldə 40 yaşlı kişinin meyiti tapıldı