Azərbaycan Respublikasının Mənzil İnşaat Dövlət Agentliyi (MİDA) növbəti layihəsi - Gəncə yaşayış kompleksindəki mənzillərin güzəştlə satışını elan edib.
Oxu24.com xəbər verir ki, Azərbaycan bayrağı küçəsində yerləşən kompleksdəki cəmi 188 təmirli mənzilin güzəştli satışı 23 dekabr 2021-ci il tarixində başlayacaq və 30 Dekabr 2021-ci il tarixində başa çatacaq.
Yalnız "Güzəştli mənzil" sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdirlər.
Kompleksdəki 2 otaqlı mənzillərin qiyməti 48 min 263 manat, 3 otaqlı mənzillərin qiyməti 63 min 521 manat, 4 otaqlı mənzilin qiyməti isə 81 min 685 manatdır.
Mənzili 3-30 il müddətinə, illik faiz dərəcəsi 4% və ilkin ödənişi minimal 10% təşkil edən ipoteka kreditilə də əldə etmək olar. 30 il müddətinə güzəştli ipoteka ilə alındıqda 2 otaqlı mənzilin aylıq ödənişi 207 - 208 manat manat, 3 otaqlı mənzilin aylıq ödənişi isə 273-281 manat, 4 otaqlı mənzilin aylıq ödənişi isə 351-353 manat civarındadır.
Güzəştlə mənzil əldə etmək hüququ olan şəxslər, mənzili güzəştlə əldə etmək üçün ərizənin təqdim olunması qaydası, gözləmə qaydasında mənzillərin seçimi və mənzillərin satış şərtləri, agent banklar barədə ətraflı məlumatla www.mida.gov.az və www.mida.az internet səhifələrində tanış ola bilərlər.
Oxu24.com
ŞƏRHLƏR