Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
61704
az

Gözlərinizin ağı saralıbsa,  bu xəstəlikdən  şübhələnmək lazımdır

19:1825 Noyabr, 2021
452
REDAKTORUN SEÇİMİ
  • A

Sarılıq hanısa rahatsızlığın göstəricisidir. O bir xəstəlik deyil.

Oxu24.com  xəbər verir ki, sarılığın səbəbləri müxtəlif ola bilər. Bütün bu səbəblər arasında ən önəmlisi qaraciyər, mədəaltı vəzi, öd kisəsi və öd yollarında əmələ gələn xərçənglərdir. Bu orqanlarda yaranan xərçənglər gözlərdə və dəridə sarılığa, sidikdə qaralma və nəcisin rənginin açılmasına səbəb ola bilər.

Türkiyəli həkim Onur Yaprak, mədəaltı vəzi xərçənginin cəmiyyətdə hər 100 nəfərdən 5-13-də bu xəstəliyə rast gəlindiyini deyib. Onun sözlərinə görə, bu xərçəng növləri arasında 11-ci yeri tutur.

Xərçəngə bağlı ölümlərdə isə ABŞ-da 4-cü, dünyada isə 7-ci yerdədir. Öd kanallarında kist və daş, parazit, siqaret, hepatit B və C, genetik faktorlar, kimyəvi maddələrə uzun müddət məruz qalmaq, köklük, diabet başlıca bunun əsas səbəblərindəndir.

Mədəaltı vəzi xərçənginə zəmin rol oynayan risk faktoru arasında siqaret və alkoqol istifadəsi, iləri yaş, diabet və fast-food tərzində qidalanmadır. Genetika və ailə faktorlarının təsiri isə 10 faizdir. Təəsüf ki, bu bölgədə yaranan xərçənglərdə xəstələrin 20 faizinin əməliyyat şansı olur. Buna görə də damar tutulması olmadan erkən diaqnoz qoymaq çox önəmlidir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ukrayna Kiyevin müdafiəsinə hazırlaşmağa başladı
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Əhliyə xəbərdarlıq!Mayın 12-si axşamdan 13-dək...

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı