Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6146
az

Dəfn və yas mərasimləri ilə bağlı MÜHÜM YENİLİK: Bundan sonra hamı... - Deputat AÇIQLADI

22:2115 Oktyabr, 2018
936
CƏMİYYƏT
  • A
"Nümunəvi qəbiristanlıqların yaradılması ilə bağlı layihə hazırlanır".
Bu sözləri Publika.az-a Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib. O bildirib ki, yas mərasimlər ənənələrlə yanaşı qanunla da tənzimlənməlidir ki, onlar bir-birindən fərqlənməsin:
"Din xadimləri bu məsələlərlə bağlı iş qaldırdı. Artıq Milli Məclisdə də bu barədə danışıqlar aparıldı və qəbiristanlıqlarda sadələşdirilmə aparıldı. Daha heç kimin qəbirüstü abidəsində qeyri-adilik, çəpərləmələr olmayacaq. Nümunəvi qəbiristanlıqların yaradılması ilə bağlı hazırlanan yeni qanun layihəsinin qəbul edilməsindən sonra, kimliyindən asılı olmayaraq hər kəsin eyni şəkil və formada basdırılması təmin ediləcək. Yas mərasimləri ilə bağlı təhrif olunmuş indiki qaydalar dində buyurulmayıb. Məhz zamanla təhrif edilmiş məsələlərin yoluna qoyulması üçün qanun layihələri işlənir. Dünyada bütün dinlərdə bu məsələlər dinlə bərabər qanunla paralel tənzimlənir və uğurlu nəticələr əldə edilir".
Onun sözlərinə görə, hələ də bəzi yas mərasimlərində fərqli yeməklərin verilməsi halları qalıb: "Cəmiyyəti inandırmalıyıq ki, bu kimi hallar islamda yoxdur. Odur ki, mərasimlərin daha da sadə keçirilməsini təmin etməliyik". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rəsmi Bakı Barroyanın anti-Azərbaycan iddialarını RƏDD ETDİ
Daşaltı əməliyyatından 33 il ötür
Salyan heyvasının sağlamlığa hansı faydaları var? -VİDEO

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Göldə 40 yaşlı kişinin meyiti tapıldı