Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6140
az

Boşanmanın ilk səbəbi seksual uyğunsuzluqdur, amma heç kim etiraf etmir

17:5115 Oktyabr, 2018
1763
CƏMİYYƏT
  • A
2018-ci ilin 7 ayında qeydiyyat şöbələri tərəfindən 33009 nikah və 8538 boşanma halları qeydə alınıb. Statistika Komitəsinin məlumatına görə, əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,8, boşanmaların sayı isə 1,5 faiz olub.

Mütəxəssislərə görə, ailələrin əsas dağılma səbəbləri iqtisadi-sosial problemlər və xasiyyətin uyğun gəlməməsidir. Avropa Nevrologiya Akademiyasının üzvü Qalib Əsədov isə deyir ki, boşanmanın səbəblərdən biri də seksual uyğunsuzluqdur.

Minval.info Sputnik Azərbaycan-a istinadən nevropatoloq Qalib Əsədovla müsahibəni təqdim edir.

— Qalib bəy, boşanmaların artmasına, ayrılığa səbəb kimi sosial-iqtisadi vəziyyət, valideynlərin müdaxiləsi və s. göstərilir. Amma kimsə cəsarətlə deyə bilmir ki, aramızda seksual uyğunsuzluq var idi…

— Tamamilə doğru buyurursunuz. Amerika Ailə Münasibətləri İnstitutunun rəhbəri Pol Popnou ailə həyatı üzrə ən nüfuzlu amerikalı mütəxəssislərdən biridir. O, boşanma ilə bağlı minlərlə cavabı nəzərdən keçirərək, bu qərara gəlib ki, nikahda uğursuzluqlar dörd səbəbdən birinə görə baş verir. Pol Popnou həmin səbəbləri bu ardıcıllıqla sadalayır: seksual uyğunsuzluq, asudə vaxtı necə keçirməklə bağlı fikir ayrılığı, yəni xarakter müxtəlifliyi, maliyyə çətinlikləri, əqli, fiziki, yaxud emosional qeyri-normallıqlar.

Diqqət yetirin, birinci yerdə seks durur. Və nə qədər qəribə olsa da, pul çətinlikləri yalnız üçüncü yerdədir. Əgər cütlüklər arasında sevgi, məhəbbət, seksual sferada harmoniya varsa, bu ailələr nə qədər sıxıntılarla qarşılaşsalar belə, heç vaxt ayrılmırlar. Bəlkə siz də müşahidə etmisiz, qəşəng bir oğlan elə də gözəl olmayan bir qadınla və yaxud əksinə, kifir bir oğlan gözəl bir qızla ailə həyatı, sevgi yaşayır. Yəqin düşünmüsünüz, necə olur ki, bunlar bir yerdə ola bilirlər. Ona görə ki, onların münasibətində harmoniya var. Və münasibətlərdə harmoniya varsa, hər iki tərəf güzəştə getməyə başlayır.

— Statistikada bununla bağlı göstəricilər aşağıdır…

— Bizdə seksual uyğunsuzluğun miqdarı statistikadan qat-qat çoxdur. Çünki həm kişilərin, həm də qadınların bu sahədə məlumatları yoxdur. Bu mövzu elə bil ki, qadağan olunub və bu haqda maarifləndirici məlumat vermək, hətta tərbiyəsizlik kimi dəyərləndirilir. Amma yadda saxlamaq lazımdır ki, ailədə seksual münasibətlər qaydasında deyilsə, qalan heç nə qaydasında olmayacaq.

— Uyğunsuzluğun aradan qaldırılması üçün, ümumiyyətlə bu problemlə bağlı həkimə müraciət edənlər olur?

— Bizdə seksologiya üzrə mütəxəssis yoxdur. Düzdür, bu məsələ haqqında bəzən ginekoloq və androloqlar müəyyən məsləhətlər verə bilirlər. Amma sırf bu sahə ilə məşğul olan ixtisaslı mütəxəssis – seksopatoloq ölkədə, demək olar ki, yoxdur. Hətta olsa belə, insanlar çox az hallarda ona müraciət edəcəklər.

— Seksual uyğunsuzluq nədən qaynaqlanır və bu problem hansı halda boşanma ilə nəticələnir?

— Seksual uyğunsuzluq ailədə disharmoniyaya səbəb olur. Nəticədə, kişi qadının gözündən düşür. Kişi imkanlı olsa da, qadını yağ-bal içində saxlasa da, qadının ona münasibəti dəyişir. Və kişinin hər bir sözü onu əsəbiləşdirməyə başlayır. Eyni zamanda əksinə, kişi evə gəldiyi zaman qadından yemək qoxusu gəlirsə, özünə baxmırsa, özünü yataqda soyuq aparırsa, kişi, təbii ki, xoşbəxtliyini kənarda axtarmağa məcbur olacaq. Yəni bu uyğunsuzluğun əmələ gəlməsi həm bu sahədə savadın az olmasından, həm də bu sahə ilə bağlı mütəxəssislərə müraciət etməyə utanmaq, çəkinməkdən, mental dəyərlərdən irəli gəlir. Çox zaman qadınlar da, kişilər də dözüb yaşayırlar. Cəmiyyətdə kişilərin imkanları daha genişdir, onlar hərdən başqaları ilə münasibətdə ola bilirlər. Ancaq qadınlar, adətən, uşaqlara görə və ailəni dağıtmamaq naminə dözüb yaşayırlar.

— Problemi hansısa üsulla aradan qaldırmaq mümkündürmü?

— Çox vaxt cüzi bir məsləhətlərlə bu problemi, həmin uyğunsuzluğu aradan qaldırmaq olur.

— Uyğunsuzluq deyirik bayaqdan, ancaq onu danışmadıq ki, ümumiyyətlə seksual uyğunsuzluq nədir?

— Seksual həvəsin mərhələləri — plato, libido və nəhayət orqazm mərhələsi var. Kişilərdə orqazm, adətən 3-5 dəqiqədən sonra baş verir. Qadınlar isə bu 15-20 dəqiqədən sonra yaranır. Bəzən kişi, ancaq özünü düşünür və partnyorunun lazımınca zövq almasını nəzərə almır, nəticədə qadında orqazm yaranmır. Bu isə həm onun əsəb sisteminə mənfi təsir göstərir, həm də ginekoloji və s. problemlərin yaranmasına səbəb olur. Partnyorlar bir-birlərinin istəklərini nəzərə aldıqları zaman seksual sferada harmoniya əmələ gəlir. Və belə ailələr heç vaxt dağılmır. Kişi və qadın xəstə olsa belə, iqtisadi problemlərdən əziyyət çəksələr də, belə cütlüklər bir-birini sevməyə davam edirlər və ailə möhkəm olur.

— Sevgisiz harmoniya ola bilərmi?

— Əlbəttə, ola bilər. Bu, tamamilə partnyorların bacarığından asılıdır. Yeri gəlmişkən, təkcə sevgi üzərində qurulan ailələr dostluq nəticəsində qurulan ailələrlə müqayisədə daha tez dağılır. Bəzən görürsən ki, qız və oğlan sırf xarici görünüş cəhətdən bir-birinə simpatiya bəsləyir və evlənirlər. Evlənəndən sonra məlum olur ki, bunlar tam fərqli insanlardır. Onlar, nəinki, yataqda bir-birinə uyğun deyil, hətta həyata münasibətləri, dünyagörüşləri də müxtəlifdir. Dostluq üzərində qurulan ailələrdə isə tərəflər bir-birinə istəklərini deməkdən çəkinmir, tələbatlarını rahat söyləyə bilirlər. Bizdə bəzən qadın səhv anlaşılmaqdan qorxduğu üçün həyat yoldaşına istəklərini və ehtiyaclarını deməyə çəkinir.

— Seksual uyğunsuzluğun səbəb olduğu xəstəliklərlə bağlı sizə müraciət edənlər olurmu?

— Bir xəstəm vardı. Çox gözəl bir xanım idi, əsəbləri pozulmuşdu. O, ailə həyatı qurduqdan bir ay sonra boşanmışdı. Mən ondan ayırlmağının səbəbini soruşdum. Xanım deyirdi ki, “yoldaşımla öpüşəndə, o mənə dedi ki, sən məndən qabaq kiminləsə öpüşmüsən, çünki peşəkarcasına öpüşürsən”. Qız and-aman eləyib heç kimlə münasibətdə olmadığını desə də, əri ona inanmayıb və ailə dağılıb. O ər anlamayıb ki, insan kimisə sevirsə, öpüşmə içdən gələn bir hiss olur. Yəni bu qədər cahil insanlar var!

— Seksual uyğunsuzluğu aradan qaldırmaq üçün cütlüklər özləri nələr etməlidir?

— Çox vaxt ailələrdə libido, plato, sevgi oyunları mərhələsi olmur. Və nəticədə ya qadın dözməyə məcbur olur, ya da seksual uyğunsuzluq nəticəsində ayrılıq baş verir. Bilirsiniz, seksual sferada insanlar tam fərqlidir. Bir məsələ kiminsə xoşuna gələ bilər, digərinə isə qıcıqlandırıcı təsir göstərə bilər. Eyni zamanda hər kəsin fərdi erogen zonaları var. Məsələn insanlar var ki, boynun arxası erogen zonadır, elə adam var ki, onun boynunun arxasına əl toxunanda belə, qıcıqlanır. Və ya masajı sevən, əksinə masajdan əsəbiləşən insanlar da var. Ailədə partnyorlar bir birini anlamalı, çalışmalıdırlar ki, qarşı tərəfin xoşuna gəlməyən hərəkətləri etməsinlər. Partnyor hər zaman düşünməlidir ki, “necə zövq verim”.

— Xəyanəti daha çox hansı tərəf edir?

— Qarşımızdakı insanın davranışına görə beynimiz reaksiya verir. Emosional hisslər qarşımızdakı insanda təzahür edir. Məsələn, ağlayan insan gördükdə, kədərlənirik, şən, pozitiv insanla rastlaşdıqda isə əhvalımız yüksəlir. Sevişmədə də bu belədir. Qadın zövq aldığını mimiki hərəkətlərlə, hansısa jestlərlə bildirdikdə bu, əks tərəfə də yansıyır. Eyni zamanda tərsinə. Yox əgər qadın istəmirsə, müxtəlif bəhanələr gətirirsə, bu, kişilərdə də eyni hisslərin yaranmasına səbəb olur. Bu zaman isə kişilər xəyanətə meyl edir. Ümumiyyətlə, erkəklər bəzən sola gedən monoqam canlılardır. Qadın daha çox sədaqətli olur. Amma bağlanmaq deyilən bir duyğu var. Bəzən kişi qadınına o qədər bağlanır ki, heç kimə gözünün ucu ilə də baxmır. Bu, o zaman baş verir ki, qadın öz ərini hər mənada anlayır.

Orqanizmimizdə xüsusi maddələr var ki, insanların arasında bağlanmağın, sədaqətin yaranmasında əhəmiyyətli rol oynayır. Məsələn, oksitosin, vazopressin bizim ailəyə, uşaqlarımıza, dostlarımıza bağlanmağımızı saxlayan biokimyəvi maddələrdir. Bu yaxınlarda Britaniya alimləri müəyyənləşdiriblər ki, insanlar bir yerdə oturub yeyib-içəndə belə, oksitosin maddəsi ifraz olunur. Bu səbəbdən də qədəh dostları çox zaman bir-birinə bağlı olur.

— Qadınlarda oksitosin maddəsi ifraz olunmur?

— Məlum olub ki, qadınlar uşaqlarını əmizdirərkən süd vəzisinin giləsinin ətrafındakı reseptorların qıcıqlanması beyində oksitosinin ifrazını gücləndirir. Bu səbəbdən də ana öz uşağına daha çox bağlanır. Körpəsini əmizdirən analar süd verməyən analardan daha çox uşağına bağlı olur. Qadınlar kişilərə daha çox bağlanır. Bu da məhz izah etdiyim mexanizmin işə düşməsi ilə bağlıdır. Yeri gəlmişkən, bu mexanizm təkcə qadınlarda yox, kişilərdə də var və bacarıqlı qadın ərində oksitosin ifrazını gücləndirmək üçün, yəni ərində sədaqət hissinin artırmaq üçün həmin mexanizmdən yararlana bilər.

— Qadınların qısqanclığı boşanmalara nə qədər təsir edir?

— Bəzi qadınlar mənasız qısqanclıqla, dedi-qodu, telefonu yoxlamaq, nəzarətdə saxlamaq kimi davranış formalarını seçməklə ərini özlərindən itələyirlər. Evdə deyingən, davakar xanımı olan kişilər xəyanətə daha çox meylli olurlar. Qadın kişiyə kifayət qədər azadlıq verməlidir və əksinə. Əgər sədaqət istəyirsinizsə, sevgi verin. Dediyim sözlər hər iki cinsə aiddir. Xanım nə qədər şən, gülərüz olsa, təbəssümdən nə qədər çox istifadə etsə, əri onu daha çox sevəcək. Baxın, kişi xəyanət edəndə pulundan olur, xəstəlik tapmaq riski böyük olur, şəxsi imici zədələnir. Amma bütün bunlara baxmayaraq, yenə xəyanət edir. Çünki ailədə xoşbəxtliyini tapa bilmədiyi üçün bunu kənarda axtarır. Kişi də, eyni zamanda xanımına diqqət göstərməli, qayğı ilə yanaşmalı, onu anlamağa çalışmalıdır. Yoxsa, “mən kişiyəm və hər əmrimə tabe olmalısan” kimi cılız düşüncə tərzi ilə sevgi qazanmaq mümkün deyil.

— Bizim ailələrdə seksual həyat niyə tez bitir?

— Çünki fərqlilik yoxdur, bir-birini anlamaq, güzəştə getmək, mümkün qədər pozitivə qaçmaq meylləri yoxdur. Amma bütün ailələrdə belə deyil. Bəzən 65-70 yaşında adamlar insult keçirir, yəni bir tərəfi iflic olur. Həmin xəstəni müayinə etdikdən sonra bəzən sual verirlər ki, “sevişmək olarmı?”. Deməli, bu yaşda həmin ailədə harmoniya var, onların intim həyatı hələ bitməyib. Çünki bir-birini anlayıb başa düşürlər.

— Söhbətimizdən belə anlaşıldı ki, möhkəm ailə üçün ancaq cinsi münasibət önəmli rol oynayır…

— Bu uyğun olanda kişi və ya qadın xoşbəxtliyi kənarda axtarmır. Münasibətlər güc, zorakılıq yolu ilə olmamalıdır. Seks insanın anadangəlmə tələbatlarındandır. Qidalanma, susuzluq, müdafiə və s. hisslər kimi orqanizmin vacib təlabatlarından biri də seksdir. Bu, normal olmayanda əsəbi gərginlik, həyəcan pozuntusu, baş ağrısı və s. kimi pozğunluğa səbəb olur.

Bir məsələni də qeyd edim, belə bir mif yaranıb ki, masturbasiya orqanizm üçün zərərlidir. Tam məsuliyyətlə deyirəm ki, masturbasiyanın insan orqanizminə heç bir zərəri yoxdur. Seksual sferada obyektiv və ya subyektiv səbəblərdən istədiklərini əldə edə bilməyən insanlar masturbasiyadan çəkinmədən istifadə edə bilərlər.

— Ancaq boşanmanı çarə görən ailələrə məsləhətiniz?

— Ailə faciələrinin əksəriyyətinin kökündə gündəlik həyatın xırda məsələləri durur. Ər işə gedəndə adicə əl yellədərək sağollaşmaq belə, bir çox hallarda boşanmaların qarşısını ala bilər. Yaxud ər işdən yorğun gələrkən onu gülərüzlə salamlamaq, qayınanadan və ya baldızdan gileylənmək əvəzinə yanağından öpmək, məncə, daha çox effekt verərdi.

Biz tənqid etməyi sevən millətik. Yemək niyə duzludur, çayı pis dəmləmisən, bu paltar sənə yaraşmır. Amma sevgimizi göstərməyə xəsislik edirik. Təriflər deməyə utanırıq sanki. Kobudluq sevgini gəmirən xərçəngdir. Nə qədər qəribə olsa da, yadlarla nəzakətli olduğumuz halda, düşünüb-daşınmadan həyat yoldaşımızın üstünə çımxırırıq. Düşünmürük ki, şəxsi xoşbəxtliyimiz məhz həyat yoldaşımızdan asılıdır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ölənlər gəlinin bibiləri imiş -Toy təxirə salındı / FOTO
Ər 18 yaşlı həyat yoldaşını qətlə yetirdi
Ürək üçün ən faydalı 5 QİDA -Birlikdə istehlak edilsə...

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ