Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
61387
az

KİŞİLƏRİN DİQQƏTİNƏ! Bu xəstəliklər intim həyata təsir edir

23:5018 Noyabr, 2021
545
18+
  • A

Oxu24/com  Turk mətbuatına əsasən, bəzi xəstəliklər və onların müalicə prosedurasını sizə təqdim edir. Bu xəstəliklər cinsi həyata mənfi təsir edir. Hətta müalicə olunduqdan sonra da bu təsirlər aradan qalxmır. Bəs hansı xəstəliklər seks həyatımızı təhdid edir ?

Cərrahi travmalar:
Türkiyənin ən məşhur uroloqlarından olan Dr. Enis Rauf Coşkuner deyir ki, cərrahi müdaxilələr zamanı pelvik damarındakı bəzi mexanizmlərin pozulduğunu nəticədə kişilərdə ereksiya problemləri yarana bilir. Həkimin sözlərinə görə, xüsusilə prostat xərçəngi zamanı edilən əməliyyatlar sidik saxlaya bilməmə və ereksiya problemlərinə səbəb olur.

Müalicələrin əks göstəriciləri:
Bu gün bir çox insan psixoloji müalicə üçün müvafiq dərmanlardan istifadə edir. Hətta bəzi həkimlər xəstəni stressdən azad etmək üçün bu qəbildən dərmanlar yazırlar. Ancaq psixoloji pozğunluqların aradan qaldırılması üçün nəzərdə tutulan bu tip dərmanlar cinsi həyata mənfi təsir edir.

Xolestrol səviyyəsini aşağı salan bəzi dərmanların da cinsi istəyi azaltdığı deyilir.

Psixoloji xəstəliklər:
Psixi pozğunluqlar, stress, depressiya kimi problemlər cinsi istəyi azaldır. İş həyatında istədiklərini əldə edə bilməyən insanlar stress keçirirlər və bu onların seks həyatına da təsir edir. Bu insanların yataq performansı da aşağı düşür.

Qəzalar:
Avtomobil qəzalarında baş və ya onurğadan zədə alan insanların da cinsi həyatı təhlükə altına düşür. Müalicə olunduqdan sonra belə onlar əvvəlki performanslarını geri qaytara bilmirlər.

Dr. Enis Rauf Coşkuner bir neçə kurs müalicə ilə bu insanların normal seks həyatlarına qayıtmasının müasir texnologiya ilə mümkün olduğunu bildirir. Bu tip müalicələr bahalı olsa da, uşaq sahibi olmaq istəyən cütlüklər bununla razılaşırlar.

Şəkər xəstəliyi:
Şəkər xəstəsi olan kişilər ereksiya problemləri yaşayırlar.

Ürək xəstəlikləri :
Dr. Enis Rauf Coşkunerin sözlərinə görə, cinsi orqana gələn və orada qalıb bərkiməni təmin edən qan ancaq normal ürək-damar sistemi olan kişilərdə bu funksiyasını düzgün yerinə yetirir. Deməli, ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkən kişilərin cinsi həyatı da sönür.

Həkim çox vaxt seks performansındakı zəifliklər, ereksiya problemlri ilə müraciət edən xəstələrdə müxtəlif təhlükəli xəstəliklər aşkarladıqlarını bildirir. Coşkuner ürək-damar xəstəlikləri, xərçəng, psixoloji xəstəliklərlə cinsi funksiyaların pozulması arasında birbaşa əlaqənin olduğunu bildirir. Ona görə də cinsi performansda zəiflik utanılacaq bir problem kimi qəbul edilməməli, əksinə başqa xəstəliklərin xəbərçisi kimi qəbul edilərək, tez bir zamanda həkimə müraciət edilməlidir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Moskva metrosunda bıçaqlanma - VİDEO
Parkda təcavüz olunan qadın öldü
Köpəkbalığı qadına hücum etdi - VİDEO

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Usta öldü