Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6133
az

“Qanuni oğru” adından imtina edən Qarabağ şəhidi – FOTO

15:3615 Oktyabr, 2018
1235
QARABAĞ
  • A
Novruz İslam oğlu Rzayev dövrünün tanınmış şəxslərindən olub. 1963-cü ildə Gəncədə dünyaya gələn N.Rzayev "Qara Novruz”, “Gəncəli Novruz” ayamaları ilə tanınıb. Bir neçə il məhbəs həyatı yaşayan “Qara Novruz” kriminal aləmdə də böyük nüfuz sahibi olub.
O, həbsdə olduğu müddətdə nümunəvi hərəkətləri ilə “qanuni oğru”ların diqqətini çəkməyi bacarıb. Hətta o zamanın məşhur “kriminal generalları” N.Rzayevə “qanuni oğru” adı vermək istəyiblər. Lakin o, bundan imtin edib. Həbsdən çıxdıqdan iki gün sonra könüllü şəkildə Qarabağ döyüşlərinə qatılıb və vətən uğrunda şəhid olub.


Novruz Rzayevin qardaşı oğlu Orxan Rzayev AzVision.az-ın suallarını cavablandırıb.

-Əmim həbs olunana qədər vaqon deposunda işləyib. Babam yerli komitənin rəisi olub. Əmim həbsə düşəndən sonra ona bir neçə dəfə “oğru” adı vermək istəyiblər. Lakin o, “qanuni oğru” adını üstünə götürməyib. Bildirib ki, əvvəl olduğu kimi, bundan sonra da bildiyi dədə-baba yolu ilə gedəcək.

- Əminiz nəyə görə həbs olunmuşdu?

- Əmim yaşadığı binanın qarşısında durubmuş. Yanındakı oğlan yoldan keçən iki qadına söz atıb. Həmin qadınlar yüngün həyat tərzi keçirirmişlər.Qadınlar oğlanın sözünə ana söyüşü ilə cavab veriblər. Əmim də onların sözünə reaksiya verib. Deyib ki, burada ana söyüşü söyməyin, ayıbdır. Qızlar əksinə səs-küy salaraq məsələni daha da şişirdiblər. Əmim dözməyib, onları vurub. Həbs olunmasına səbəb qızların şikayəti olub. 10 il iş vermişdilər. 5 ilini həbsdə keçirdi.



- Maraqlıdır, ona niyə “Qara Novruz”deyirdilər?

- Bu adı əmimə türmədə veriblər. Ona hətta "Lələ Novruz" da deyirdilər. Əmim türmədə gəncəlilərin ağsaqqalı olub. Onu hətta Rusiyada da tanıyırdılar. O vaxtlar “Kriminal” qəzetində əmimlə bağlı geniş məqalə dərc olunmuşdu.

Bir faktı da sizinlə bölüşüm. Türmə rəisi də müsahibə verib etiraf etmişdi ki, əmim onu ölümdən xilas edib. O vaxt dustaqlar arasında qiyam baş qaldırıb. Onlar rəisi öldürmək istəyiblər. Bu məqamda əmim qabağa çıxıb qiyamın qarşısını alıb. Bir adam onun sözündən çıxmayıb.

-Bəs, necə oldu ki, Qarabağ döyüşlərinə qatıldı? Bu barədə məlumatınız varmı?

- O vaxt İsgəndər Həmidov türmə rəisinin yanına gedib deyib ki, torpaqlar əldən gedir, dustaqları döyüşə aparmaq lazımdır. Rəis isə bildirib ki, dustaqları bir yerə yığmaq çətindir, onlar sözə baxmazlar. Həmidova məsləhət görüb ki, gəncəli Novruzla danışsın. Bilirdilər ki, Novruz bir kəlmə desə, dustaqlar razılıq verəcəklər.



İsgəndər Həmidov daha sonra özü əmimlə danışıb. O da dustaqlara deyib ki, mən döyüşə gedirəm, arxamca kim gəlmək istəyirsə, gəlsin. Məhbuslar imtina etməyiblər. Əmim döyüşə getmək üçün ətrafına 180 nəfəri toplayıb. Onları 1992-ci ilin sentyabr ayında Mingəçevirdə “N” saylı hərbi hissəyə aparıblar. Əmim bir günlük icazə alaraq, Gəncəyə evinə gəlib. Evdə qardaşları onun üçün böyük məclis təşkil ediblər. Dövrünün tanınmış avtoritetləri həmin məclisdə iştirak ediblər. Qardaşları ona deyiblər ki, getmə. O, qəti şəkildə imtina edib. Deyib ki, mənim arxamca o qədər adam döyüşə gedib, elə şey olar, mən döyüşdən boyun qaçırım?!

Qonaqlığın səhəri günü əmim döyüşə yollanıb. Ağdərənin Çıldıran kəndində döyüşlərdə iştirak edib. İki gündən sonra - 27 sentyabrda şəhid olub. Onu gözündən vurmuşdular. Meyitini təhvil vermək üçün Gəncəyə gətiriblər. Görüblər ki, evdə qonaqlıqdır. Meyiti geri qaytarıb, 3 gündən sonra ailəsinə təhvil veriblər. Onun yas mərasiminə tanınmış insanlar gəlmişdilər. Əmim subay idi. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Cəbrayıl şəhərinə daha 42 ailə yola salındı
Bayram günlərində azad olunan ərazilərə səfər etmək istəyənlərin nəzərinə! -VİDEO
Xankəndidə 50 ildən sonra badminton üzrə ölkə çempionatı keçirildi -FOTO

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Goranboyda 57 yaşlı kişi özünü asdı