Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6129
az

Qadın başqa kişilərlə birləşib ərini öldürdü - Azərbaycanda dəhşətli qətl

13:0415 Oktyabr, 2018
1253
KRİMİNAL
  • A
 Lerik rayonunda qadın iki kişi ilə birləşərək ərini öldürüb.

Bu barədə oxu24.com-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib.

Belə ki, bu il iyunun 29-da Lerik-Yardımlı yolunun 1-ci kilometrliyində meşə zolağında Lerik rayon sakini Mail Ağayevin üzərində xəsarətləri olan meyitinin "UAZ-469B” markalı avtomobilinin yaxınlığında tapılması barədə məlumat daxil olub.

Bununla əlaqədar polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Araşdırmalar zamanı M.Ağayevin sinəsindən aldığı ağır xəsarətlər nəticəsində öldüyü məlum olub. Məhkəmə tibbi ekspertizasının rəyində də onun döş qəfəsindən daxilə nüfuz edən 3 bıçaq zərbəsi aldığı qeyd olunub.

Həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən M.Ağayevin arvadı Nailə Ağayeva, Lerik rayon sakini Aqil Baxşıyev və Bakı şəhər sakini Vəfalı Əliyev müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

İstintaq-əməliyyat tədbirləri davam etdirilir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI


Bakıda zavodda faciəvi hadisə -Anbaan görüntülər
Bakıda dəhşət: 75 yaşlı kişi başı kəsilərək qətlə yetirildi
Azərbaycanlı rəssamın qızı faciəvi şəkildə öldü


Alverçilərə bəd, maşın almaq istəyənlərə ŞAD XƏBƏR -Artıq Azərbaycanda da mümkün oldu

18+

Kişini alçaldıb maşının baqajına saldılar- Tutuldular
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
"Kontakt Home" müştərilərini aldadır?
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Hərbi xidmətdən yayınmaya görə 56 cinayət işi açılıb