Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6126
az

“BakuBus” sərnişini məhkəməyə verdi - Heç nədən 2300 manat tələb edir

12:2815 Oktyabr, 2018
607
  • A
 "BakuBus” MMC sərnişini məhkəməyə verib.

Bu barədə jurnalist Elməddin Muradlı məlumat verib. Bildirib ki, hələ ki adı açıqlanmayan vətəndaşın məhkəməyə verilməsinə səbəb avtobusun pəncərəsini bağlayarkən sındırması olub.

Belə ki, avtobusdan istifadə edən sərnişin nəfəsliyi bağlamaq istəyərkən, şüşəsi sınıb. Daha sonra kameradan baxış keçirilib. Məlum olub ki, sərnişin bilərəkdən etməyib və günahı yoxdur. Ona "narahat olmayın, sizlik bir şey yoxdur, gedin” deyilib. "BakuBus”dan sərnişinə dəymiş zərərin sığorta şirkəti tərəfindən ödəniləcəyi bildirilib.

6 ay sonra isə həmin şəxsə məhkəməyə verildiyinə dair məktub gəlib. Məlum olub ki, sığorta şirkəti pulu ödəməkdən imtina edib, bu səbəbdən də MMC nəfəsliyin şüşəsinin pulunu almaq üçün vətəndaşı məhkəməyə verib.

Maraqlı məqam isə ondan ibarətdir ki, sərnişindən bir nəfəsliyin şüşəsinə dəymiş zərərə görə 2300 manat tələb olunur.

BakuPost-un əməkdaşı məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevlə əlaqə saxlayıb. Qurum rəsmisi müxtəlif bəhanələrlə açıqlama verməkdən boyun qaçırıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

5 otaqlı evdə yanğın oldu
Şokolad oğurlayan qızını dəmirlə döydü, hamilə arvadını... - İNANILMAZ QƏTL
ABŞ-da xüsusi təlim keçmişdi: Terror təşkilatının kritik adı MİT tərəfindən belə zərərsizləşdirildi - Anbaan VİDEO

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Bu 10 qida xərçəngdən qoruyur - ALİMLƏR AÇIQLADI
Bakı və Sumqayıtda 3 nəfər dələduzluğa     görə      tutuldu