Azərbaycanın tanınmış memarı və rəssamı Rasim Əliyev vəfat edib.
Bu barədə Azərbaycan Memarlar İttifaqının sədri Elbəy Qasımzadə məlumat verib.
O bildirib ki, dünən gecə vəfat edən memar bu gün Birinci Fəxri Xiyabanda dəfn olunub.
Qeyd edək ki, R. Əliyev akademik Həsən Əliyevin oğludur.
Qeyd edək ki, Rasim Əliyev 1934-cü il 16 iyul tarixində Gəncədə görkəmli ziyalı alim, akademik Həsən Əliyevin ailəsində anadan olub. O, 1965-ci ildə Bakının Baş memarı təyin olunub və 23 il müddətində bu vəzifədə fəaliyyət göstərib.
Rasim Əliyev Naxçıvanda Hüseyn Cavidin qəbri üzərində memarlıq-xatirə kompleksinin, Heydər Əliyev adına Bakı Beynəlxalq və Naxçıvan Hava Limanlarının, Bakının bir neçə metro stansiyalarının, şəhərin əsas parklarının, Azərbaycanın Türkiyədəki Səfirliyinin binasının və digər memarlıq sahəsində özünəməxsusluğu və bənzərsizliyi ilə seçilən layihələrin müəllifi və həmmüəllifidir.
R.Əliyev “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenləri ilə təltif edilib.
Oxu24.com
ŞƏRHLƏR