Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6090
az

Təmizlik vasitəsi, yoxsa evimizi yıxan zəhər?

19:0213 Oktyabr, 2018
1004
CƏMİYYƏT
  • A
Marketlərdə ən çox satılan təmizlik vasitəsi, qeyri-ərzaq məhsulu yuyucu tozlardır. Hamı camaşırlarını daha yaxşı yumaq, daha təmiz etmək üçün iri-iri torbalarda ən yaxşı vasitəni almağa çalışır.
Ən yaxşı yuyucu toz – paltarları keyfiyyətli yuyub, ləkə aparandır- alıcılar belə düşünür. İndi həm də ətirli tozlar çıxıb, geyimlərindən gül, dağ, meşə ətri gələcək. Alıcılar qəşəng qoxan məhsulu sevər. Bu azmış kimi körpələr, uşaqlar, allergiyası olanlar üçün başqa tozlar istehsal olunur. Guya onlar daha təhlükəsizdir. Elə burda alıcını bir sual düşündürməlidir: uşaq üçün adi yuyucu toz təhlükəlidirsə, onda deməli bu tozlar ümumiyyətlə insana ziyan olmalıdır.

Oxu24.com hər gün bol-bol istifadə etdiyimiz yuyucu tozların insan səhhətinə zərərini araşdırıb. Artıq çoxdandır ki, ekoloqlar, həkimlər həyəcan təbili çalır: paltar yumaq üçün istehsal olunan tozlar zərərlidir.

Kimyəvi tozun tarixi:

İlk dəfə sintetik yuyucu toz 1933-cü ildə ABŞ-da Dreft adı ilə istehsal edilib. Elə ilk dəfədən güclü reklamı sayəsində yaxşı ləkəçıxarıcı kimi təqdim olunsa da, alıcılar tərəfindən elə də bəyənilməmişdi. Ona görə 1950-ci illərdən bu toz uşaq camaşırları üçün vasitə kimi təqdim olunmağa başladı. Keçmiş SSRİ-də ən yaxşı ləkə aparan toz Novost adlı toz idi.

Sarı-narıncı rəngdə olan tozun tərkibində hidrogenizə olunmuş yağ var idi. Daha sonra Astra, Lotos, Berezka kimi brendlər çıxdı. Yaşlı nəsil indi də onları xatırlayır. İdeal bəyazlıq üçün camaşırların qaynadılması üçün bu tozlar istifadə olunurdu.

Əvvəlki illərdə insanların camaşırları yumaq texnikası daha sağlam idi. Əvvəlcə camaşırlar tozda isladılır, daha sonra qaynadılıb, yaxalanıb sıxılırdı. İndi isə tozu alırsan, maşına tökürsən, quru paltarları yığıb, düyməni basırsan. Orda nə necə yuyulur heç kimə maraqlı deyil? Paltarları qaynatmaq isə çoxdan unudulub. Müasir tozlar daha çox avtomat maşınlara hesablanıb. Amma belə qənaət sağlamlığa xeyirdirmi?

Tozların tərkibi

İstənilən yuyucu tozun tərkibində PAB, ağardıcı və fosfat var. Kimyəvi ağarma xlor tərkibli maddələrin sayəsində baş verir. Xlor isə çox aqressiv maddədir. Həkimlər allergiyası olanlara xlor qadağan edir. Tozların tərkibində olan hipoxlorit ürək-damar, onkoloji xəstəliklər, dəri zədələnməsi, saçların korlanmasına səbəb olur.

Optik ağardıcı fluor maddəsi parçanın dərinliyinə hoparaq, süni ağlıq və parlaqlıq effekti yaradır. Hətta rəngli paltarlar üçün tozlara da bu maddə qatılır. Amma uşaq geyimləri üçün olan tozlara bu maddə qatılmamalıdır. Təəssüf ki, çox uşaq geyimi üçün tozlara da bu qatılır.

Tozların tərkibində olan PAB maddədən ən təhlükəlisi anionlardır. Bu kimyəvi tərkib insanın immunitetini zəiflədir, beyni , ağciyərləri, böyrək və qaraciyəri zədələyir.

Fosfatlar – suyu yumşaldır, bununla da PAB-ların effektiv təsirini artırır. Təcrübədə bu qənaət üçün tətbiq olunur, yuyucu tozdan az istifadə etməyə səbəb olur. Yəni az tozla daha çox paltar yumaq olur. 70-ci illərdən başlayaraq bu maddənin insana zərəri barədə şübhələr yarandı. Bu gün çoxsaylı elmi təcrübələr var, hansı ki, PAB və fosfatların ətraf mühit, insan səhhəti və uşaqlar üçün təhlükəli zərərini sübut edib.

Artıq Almaniyada qanuni səviyyədə yuyucu tozlarda fosfatın qatılması qadağan olunub. İspaniya, Fransa, İngiltərədə isə yuyucu tozun tərkibində 12% – I aşmamaq şərtilə icazə var. Rusiyada isə yuyucu tozlara 50% fosfat qatılır.

Həkimlər deyir: fosfatlar allergik reaksiya, tənəffüs yolları xəstəlikləri, bronxit, astmanın səbəbidir. Bir çox ekoloji təmiz məhsul istehsal edən brendlər tozlarda fosfatı polikarboksilatla əvəz edir. Əgər belə tərkibdə toz varsa, onu alın.

Hansı yuyucu toz yaxşıdır? Məşhur markaların TESTİ

Ekspertlərin fikrincə, ən keyfiyyətli, orqanik olduğu bildirilən kimyəvi məişət vasitələri insan üçün zərərlidir. Yeganə alternativ məhsul – adi təbii təsərrüfat sabunu ilə pattarları yumaqdır. Amma çətin ki, kimsə bu əziyyətə qatlaşa. Bu gün təqdim olunan yuyucu tozların 2015-ci ildə Roskontrol tərəfindən aparılmış testində 6 ən populyar marka incələnib.

Testlər göstərib ki, heç də bahalı, dəbdə olan toz yuyulmanın keyfiyyətli olacağına zəmanət vermir. Belə ki, aşağı büdcəli DOSİA tozu effektivliyinə görə Persilə demək olar bərabər idi. Tide və Pemos kimi tozlar orta effekt göstərdi. Ən aşağı göstərici isə Ariel və Mif -3 tozlarında əldə olunub.

Laboratoriya analizlərində bu tozların müxtəlif ləkələri effektiv təmizləmə təsiri yoxlanılıb.

Toksiklik indeksinə görə ən toksiki maddələr anion PAB- hətta uşaqlar üçün tozların tərkibində də var idi, fosfor, oksigen qabarcıqlı ağardıcı zərrəciklər idi.

Camaşırlar yuyulan zaman kimyəvi maddələr parçanın üzərindən tamamilə yuyulub təmizlənmir. Onlar geyimlərdə qalır, dəri ilə təmas edir, piy vəzilərindən orqanizmə keçir. Ən pisi odur ki, zamanla bu maddələr bədəndə yığılır, daxili orqanları zədələyir, bütün sistemləri sıradan çıxarır. Yenə də Roskontrolun nümunələrində ən toksiki toz Ariel və Pemos, az toksiki isə DOSİA hesab olunur.

Tide və Mif -3 kimi tozların uşaq camaşırlarının yuyulmasında istifadəsi mümkündür yazılsa da, əslində bu tozlarla uşaq geyimi yumaq olmaz. Çünki uşaq orqanizmi üçün bu tozlarda olan toksiki maddələr normanı aşır.

Bəs nə etməli?

Özünüzün və doğmalarınızın sağlamlığı naminə daha təmiz, ekoloji yollar araşdırıb, istifadə etdiyiniz tozların qutusunu incələyib, ordakı maddələri axtarış verib məlumatlanmaq lazımdır. Mümkündürsə alt geyimlərini təsərrüfat sabunundan hissələr əlavə edilmiş suda qaynadın.

Dünyada paltar yumaq üçün ən təbii vasitə Hİndistanda olan və satılan sabun qozlarıdır. Bu möcüvəzi meyvə digər ölkələrdə də satılır və internet mağazalardan tapmaq olar. Bu xırda qozların köməyilə istənilən parçadan, geyimdən ləkələri, çirki yuyub apara bilərsiz.

Həmçinin ekoloji təmiz brendləri araşdırıb, eko məhsullar ala bilərsiz. Belə markalar Avropada dəbdədir.
Evdə isə ləkə düşmüş camaşırları, xüsusən ağları 15 qr xardal həll olunmuş 1 litr isti suda islağa qoymaqla, təmizləyə bilərsiz.

Ən yaxşı təbii ağardıcı isə limon duzu, perekis, sodadır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ölənlər gəlinin bibiləri imiş -Toy təxirə salındı / FOTO
Ər 18 yaşlı həyat yoldaşını qətlə yetirdi
Ürək üçün ən faydalı 5 QİDA -Birlikdə istehlak edilsə...

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ