Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6085
az

Azərbaycanın keçmiş polis məmurunun oğlu "qız alveri" edir - ŞOK İDDİA

13:4013 Oktyabr, 2018
1415
KRİMİNAL
  • A
 
Hacıyev Elçin Elşad oğlu adlı gəncin 1 ildir Dubayda yoxa çıxmasında əsas şübhəlilərdən biri, illərdir onunla BƏƏ-də dostluq edən Teymur adlı dostu göstərilir.

 
Oxu24.com  xəbər verir ki, bu barədə "Səni axtarıram"da Elçinin anası Xanım ana bildirib.

Proqrama çıxmaqdan imtina edən və Elçinin yoxa çıxmasından sonra Bakıda təcili əməliyyat olunun Teymur bütün şübhələri üzərinə çəkib.

Bununla bağlı Elçinin anası sözügedən proqramda Azərbaycan Hüquq mühafizə orqanları və aidiyyatı qurumları idarə edən nazirlərdən oğlunun cinayətinin üstünün açılması üçün gözyaşı içində kömək istəyib.

Aparıcı Xoşqədəm Hidayətqızı isə Teymurun atasının vaxtı ilə hansı vəzifədə çalışdığı barədə etdiyi açıqlama ilə hər kəsi təəccübləndirib. Aparıcı, atasının Hüquq mühafizə orqanlarının keçmiş yüksək vəzifəli məmuru olduğu deyilən Teymurun Dubayda "qız alveri", qanunsuz nakotik ticarəti, fırıldaqçılıq kimi çirkin əməllərdə adının hallandığını qeyd edib.

Qeyd edək ki, Xoşqədəm Teymurun atasının adını gizli saxlayıb.

  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanlı müğənni evində ölü tapıldı - FOTO
Kəlbəcərdə usta 4-cü mərtəbədən yıxıldı
Bakıda “Prado” ilə avtoşluq edən şəxs həbs olundu