Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
60843
az

Valideynlərin NƏZƏRİNƏ: Noyabrın 10-u saat 11:00-dan etibarən... - VİDEO

18:4808 Noyabr, 2021
287
  • A

Tədris ilinin başlaması və siniflərin komplektləşdirilməsi məqsədilə bu il sentyabrın 12-dən etibarən şagirdlərin elektron yerdəyişməsi müvəqqəti olaraq dayandırılmışdı. Noyabrın 10-dan prosesə yenidən başlanır. 2 aya yaxın, yəni uzunmüddətli fasilə bəzi problemlərə səbəb olub. 

Noyabrın 10-dan şagirdlərin elektron yerdəyişməsi prosesi başlayır. Yenidən həm məktəb daxilində sinfi, həm də məktəbi dəyişmək mümkün olacaq. 

Ekspert Kamran Əsədovun sözlərinə görə, sözügedən proses yalnız  sy.edu.az portalı vasitəsilə həyata keçirilə bilər. Bu il sentyabrın 12-dən isə bu portalın fəaliyyəti dayandırılmışdı. Ekspert deyir ki, 2 aya yaxın, yəni uzunmüddətli fasilə ortaya bir sıra problemlər çıxarıb. Ən əsası 6 mindən çox şəxsin təhsil alma hüququ məhdudlaşdırılıb.

Kamran Əsədov deyir ki, noyabrın 10-u saat 11:00-dan etibarən sistem bərpa edilsə belə, xüsusilə, 1 və 11-ci siniflərin məktəblərini dəyişmələri çətin olacaq.

Qeyd edək ki, şagirdlərin elektron yerdəyişməsi prosesi hər il tədris ilinin başlaması və siniflərin komplektləşdirilməsi ilə əlaqədar olaraq müvəqqəti dayandırılır. Təhsil eksperti Kamran Əsədov deyir ki, hər il bu fasilə 3 həftəyədək çəksə də, bu il 2 ay davam edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Milli Məclisin deputatları Ceyhun Bayramova müraciət etdilər
Nar niyə “təbii aptek” sayılır?
Bu ölkə çətin durumda: Gənclər arasında işsizlik rekord həddə çatıb

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Binədə 7 evdən oğurluq edən şəxs saxlanıldı