Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6084
az

Yaralı olduğunu 5 gün əsgərlərindən gizlədən,düşmənin 12 texnikasını məhv edən kapitan kimdir?

13:1913 Oktyabr, 2018
2872
QARABAĞ
  • A
O, sözün əsl mənasında canlı əfsanə - xalq qəhrəmanıdır. Tarix belə qəhrəmanları yetirmək üçün sanki xəsislik edir. Döyüş tarixinə nəzər salsaq, haqqında söz açacağımız qəhrəman, Vətən oğlunun aprel döyüşləri zamanı nümayiş etdirdiyi igidlik təkrarolunmazdır... Təbii ki, zaman gələcəkdə cəmiyyətə yeni-yeni Mirdamətlər yetirəcək. Ancaq Mirdamətin göstərdiyi qəhrəmanlıq elə həmin o tarixin təməli olaraq daima xatırlanacaq.

Ordu.az-ın müsahibi Aprel döyüşləri zamanı düşmənin 7 tankını, bir PDM-ni, bir komandir maşınını (heyətlə birlikdə) və iki ədəd şəxsi heyətlə dolu təkərli texnikasını məhv edən Mirdamət Bağıyevdir. Müsahibədən öncə onun haqqında qısa məlumatı diqqətinizə çatdırırıq: Bağıyev Mirdamət Səristan oğlu 1986-cı ildə Şamaxı şəhər Poladlı kəndində anadan olub. O, orta məktəbin birinci sinifinə 1992-ci ildə anadan olduğu Poladlı kənd orta məktəbində qədəm qoyub. 2003-cü ildə həmin məktəbi bitirərək Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olub. 2008-ci ildə Ali hərbi təhsilini yerüstü artileriya ixtisası üzrə başa vuraraq, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində dinləyici təhsil almağa başlayıb. 2009-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən N saylı hərbi hissəsində xidmətə başlayıb. Ailəlidir, iki övladı var


- Komandir, haqqında əfsanələr dolaşan bir zabitsiniz. Özünüz necə, haqqınızda deyilənlərlə razısınızmı?

- Əslində, əlimdən gələni edirəm ki, Vətənə olan vəzifə və vətəndaşlıq borcumu layiqincə yerinə yetirəm. O ki qaldı qəhrəmanlıq məsələsinə, bunu zaman göstərəcək. Hələ Azərbaycan Respublikasının ərazi bütövlüyü tam bərpa olunmayıb və əsl sınaq bizi gələcəkdə gözləyir.

- Amma aprel döyülərində siz heç də pis nəticə ilə yadda qalmamısınız.

- Nəticə və yadda qalmaq deyəndə ki, mən sadəcə komandanlığın mənə verdiyi döyüş tapşırığını yerinə yetirdim. Öz növbəmdə tapşırıq və əlimdə olan imkanlar nə idisə, ondan maksimum yararlanmağa çalışdım.

- Ümumilikdə aprel döyüşləri bir tankçının, bir əsgərin, bir istehkamçının baxışından başqa cür görünür. Bəs bir tank əlehinə batareyanın baxışından baxsaq, nələr baş verirdi?

- Əlbəttə ki, təyinatlar və döyüş tapşırıqları fərqli olduğu kimi, baxışlar da həmin döyüş tapşırığına uyğun olaraq fərqli idi. Amma həmin döyüşlər zamanı ümumilikdə düşünsək, hər kəsin ən çətin anı düşmənin müdafiə səddini yarıb mövqelənmək idi. Yəni hər kəsin yolu eyni yerdə kəsişirdi. Biz gecə saatlarında düşmənin kəşfiyyat-diversiya qruplarının Talış kəndi istiqamətində təxribata cəhd etmə xəbərini alıb həyacan siqnalı ilə ola yollandıq. Bölmələrimiz düşmən təxribatının qarşısını alaraq düşməni geri oturtmağa müvəffəq olduqdan sonra bizə əks-həmlə əmri verildi. Biz də tankların himayəsi ilə düşmənin müdafiə mövqelərini yararaq irəliləməyə başladıq.


- 25 ildən arıtq idi ki, düşmən orada müdafiə səddi yaratmışdı. Hətta həmin sədd haqqında miflər də uydurulmuşdu. Guya “Ohanyan səddini tanrı belə yara bilməz”di. Doğurdanmı çətin oldu o “səddi” yarmaq?

- Tam reallıqla danışsaq, haradasa müqavimətə rast gəldik. Amma əsla çətin olmadı. Həmin o mifləşdirilən sədd cəmi bir neçə dəqiqə ərzində yarıldı. Biz döyüş əmri aldıqdan sonra tankların arxasınca İncəçay çayını keçməklə düşmən mövqelərinə tərəf hərəkətə başladıq. Artıq “Ohanyan səddi”nə çatanda düşmən öz mövqelərindən şiddətli atəşlərə başladı. Demək olar ki, güllə yağış kimi yağırdı. Mən öz heyətimlə birlikdə səddi yaran tankın arxasınca irəliləyirdim. Səddi keçdikdən sonra bizə cinahlardan da atəş açılmağa başladılar. Mən də düşmənin atəş açdığı mövqeləri susdurmaq məqsədi ilə avtomatdan atəş açırdım. Döyüş zamanı əks tərəfə çevrilərkən sol qolumdan güllə dəydiyini hiss elədim. Güllənin təsirindən yerə yıxıldım. Əsgərlərin ruhdan düşməməsi üçün tez ayağa qalxıb yaralanmamağımı onlara bildirib döyüşə davam etdim. Ancaq vaxt ötdükcə ağrının çoxaldığını və ciddi qan itiridiyimi hiss edirdim...

- Bəs yaralanmağınızı necə gizlədə bildiniz və bunu etməkdə əsl məqsədiniz nə idi? Ümumilikdə yaranız dərin idimi?

- 5,45 millimetrlik avtomat gülləsi sol qolumdan girib kürəyimin boynuma yaxın hissəsindən çıxmışdı. Üstəlik, bədənimin həmin nahiyəsində sümüyüm sınmışdı. Yaralanandan sonra 200 metrə yaxın məsafəni sürünərək qət etdim. Əsgərlərə bildirməməkdə məqsədim onları ruhdan salmamaq idi. Heyət nəfərində olan MAXE-dən dəsmalını alıb mənə kömək etməsini xahiş elədim. Öz dəsmalımla onu birləşdirib yaramı bərkdən sıxdıq ki, qanaxması azalsın. Çünki xeyli qan itirmişdim. Əgər belə davam etsəydim, ölə bilərdim. Xeyli sonra lazımi mövqelərə çatdıqdan sonra mövqelənib “sanitarka”dan xəlvəti ilkin tibbi yardım göstərməsini istədim.


- “Spayk”dan ilk atəşiniz necə oldu?

- Həmin döyüş zamanı iki dəfə ard-arda uğurlu atış elədim. Artıq yüksəklikdə mövqelənmişdik. Düşmənin komandir maşınını müşahidə edirdim. Həmin maşına bir neçə yüksək rütbəli zabitin mindiyini izləyirdim. Səbrlə gözləyib maşının tam dolmasını müşahidə edəndən sonra ilk atəşi həyata keçirdim. Raketi düz maşının ortasına salaraq darmadağın elədim. Bundan sonra düşmənin ərazidən qaçan şəxsi heyətinin yığışdığı yük maşını diqqətimi çəkdi. Yenə təmkinlə izləyib 25 nəfərin həmin maşına mindiyini müşahidə etdikdən sonra ikinci atəşi açdım. Həmin raketi də qurğunun texnoloji köməyi ilə maşının tam mərkəzinə salmağı bacardım. Düşmənlə dolu maşın parça-parça olaraq ətrafa səpələndi.

- Bəs ən çətin atışınız...?

- Ən çətin atışım elə üçüncü atışım idi. Düşmən tankı Madagiz istiqamətindən yeni mövqeləndiyimiz səngəri vururdu. Elə yerdən atəş açırdı ki, onu görmək mümkün deyildi. Təxminən 10 dəqiqəyə qədər müşahidə aparıb onun atəş açdığı mövqeni müəyyən etdim. O, qarşıdakı təpənin arxasından atəş açaraq gizlənirdi. Mən silahın texnoloji imkanlarından istifadə edərək həmin təpəni hədəf kimi seçib raketi alışdırdım. Ardıq raket qurğudan çıxdıqdan sonra avtomatik olaraq hədəfi köçürdüm təpənin arxasındakı tankın üzərinə. Düşmənin tankını düz qülləsindən vuraraq məhv etdim. Həmin tank elə partladı ki, onun qopan qulləsinin göydə uçmasını öz gözümlə gördüm. Həmin atəşdən sonra mövqelərimiz növbəti hərəkətə başladı.

-Komandir, iki övlad atasısınız, həmin anlarda, yəni döyüşün qızğın çağarında övladlarınız yada düşürdümü?

- Əlbəttə ki, düşürdü. Bilirsiniz, kim ki, deyir düşünmürəm və ya qorxmuram, bu, qəbul olunmazdı. Amma həmin an elə hisslər var ki, hər şeyi unutdurur. İnsan yalnız qələbə haqqında düşünür. İlk güllə yarası alandan sonra artıq mən geriyə sağ dönmək yox, düşmənlə ölənə kimi döyüşmək haqqında düşünürdüm.


- Məndə olan məlumata görə, siz həmin döyüşdə ermənilərin tanklarını məhv edərək onların əks-hücumunun qarşısını almısınız. Bəs bu necə oldu?

- Bəli, bu, düşmənin əks-hücumu zamanı oldu. Müşahidə zamanı şəxsi heyətimlə aşkar etdim ki, düşmən Madagiz istiqamətində itirdikləri yüksəkliyə doğru 8 tankla əks-hücuma başlayıb. Həmin vaxt yaramda şiddətli ağrılar olamasına baxmayaraq, bunu əsgərlərimdən və komandanlıqdan gizlətmişdim. Uyğun mövqe seçərək ilk tanka atəş açdım. Sonra dərhal yerimi dəyişərək növbəti tankı, daha sonra yenə yerdəyişmə ilə başqa bir tankı məhv etdim. Beləliklə “Spayk”la düşmənin yeddi tankını heyəti ilə birlikdə məhv etdim. Hücumda olan iki tank yüksək surətlə geri çəkilərək gözdən itdi. Beləliklə, biz düşmənin əks hücumunun qarşısını aldıq.

- Həmin vaxt bir neçə gün idi ki, siz yaralı idiniz. Komandirlər yaralı olduğunuzu necə müəyyən etdilər?

- Həmin vaxt yaramın çirk etdiyini, hətta iyləndiyini hiss edirdim. Dəyər verdiyim komandirlərdən biri olan Polad Həşimov çiynimdə ağrıların olduğunu hiss edib tibbi yardımı çağırdı. Onlar yaramı açanda artıq çirk qaynayırdı. Təkidlə hospitala yollanmağımı əmr etsələr də, ərazini qoyub getməyəcəyimi bildirdim. Ancaq orada yaramı sarıdılar. Mən elə davam etməyə qərar verdim.


- Bəs sonuncu atışınız?...

- Məlumat gəldi ki, cəbhənin dərinliyində işləyən qüvvələrimizin bir qrupunun döyüş manevrinə düşmənin bir PDM-i ciddi mane olur. Mən dərhal iki heyət nəfəri ilə həmin əraziyə yaxınlaşıb hər tərəfə şiddətli atəş açan döyüş maşınını təxminən 1500 metr məsafədən məhv etdim. Raketin kamerası ilə gördüm ki, həmin texnikanın ətrafında heyət nəfərindən başqa təxminən 10-12 nəfər düşmən var. Demək olar ki, hamısı texnika ilə birlikdə məhv edildi.

- Bu son atəşiniz idi?

- Bəli. Bu, son atəşim idi. Daha sonra məni məcburi olaraq hospitala müalicə olunmağa yolladılar. Həkimlər yaramın ağır olduğunu, uzun müddət yataq şəraitində qalmağımı bildirdilər. Lakin mən qismən yaxşılaşandan sonra əraziyə, əsgərlərimin yanına qayıtdım.

- Siz düşmənin 7 tankını, 1 ədəd BMP-ni, 1 komandir maşınını və 2 təkərli texnikasını məhv etmişdiniz. Bu isə orta hesabla on beş milyona yaxın maddi ziyan deməkdir. Bundan başqa 70-ə yaxın canlı qüvvə məhv etmişdiniz ki, onların da arasında bir neçə yüksək rütbəli zabit var idi. Hesab edirsinizmi ki, siz öz vəzifə borcunuzu yerinə yetirdiniz?

- Xeyr. Mən bir Azərbaycan zabiti kimi öz vəzifə borcumu dövlətimin ərazi bütövlüyünü tam təmin etdikdən sonra yerinə yetirmiş olacam. Bir sözlə, hər an, hər dəqiqə cənab Ali Baş Komandanın döyüş əmrini yerinə yetirməyə hazıram.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan hərbçilərinin sağ qalması üçün VACİB MƏLUMAT: Şaxtaya su içməyin,yaşıl zonaya girməyin...
Azərbaycan  Qazaxda irəlilədi: Dörd yeni sərhəd döyüş məntəqəsi yaradıldı
“Tabutu həyətə gətirəndə qarşısına keçdim...” – Aprel Şəhidinin xanımından ürəkdağlayan sözlər

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ