Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
608
az

ABŞ, Böyük Britaniya və Fransa Suriyaya 100-dən çox raket atıb

11:1214 Aprel, 2018
1042
DÜNYA
  • A
 ABŞ, Böyük Britaniya və Fransa Suriyadakı obyektlərə 100-dən çox qanadlı raket və “hava-yer” tipli raketlər atıb.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

“Suriya Ərəb Respublikasında hərbi və mülki obyektlərə ABŞ, Böyük Britaniya və Fransaya məxsus hava və dəniz daşıyıcıları tərəfindən 100-dən çox qanadlı raket və “hava-yer” tipli raketlər atılıb”, - deyə nazirlik bəyan edib.

Müdafiə Nazirliyi, həmçinin qeyd edib ki, ABŞ, Böyük Britaniya və Fransa tərəfindən atılan raketlərdən heç biri Rusiyanın Suriyada hava hücumundan müdafiə qüvvələrinin məsuliyyət daşıdığı zonaya düşməyib.

Rusiya MN bəyan edib ki, Suriya ordusu koalisiyanın atdiği raketlərin böyük əksəriyyətini havada zərərsizləşdirilib. İlkin məlumatlara görə, hücumlar zamanı 3 nəfər yaralanıb.

Qeyd edək ki, internetdə Dəməşqə endirilən raket zərbələrinin görüntüləri yayılıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Netanyahunun kortejinə hücum cəhdi edildi
ABŞ-da yeni
Bəy gəlini