Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6079
az

Oğru qanunlarını pozan "qanuni-oğru": Onun biznesi,arvadı VƏ NƏLƏRi var

10:5513 Oktyabr, 2018
2536
KRİMİNAL
  • A
 “Qanuni oğru”u anlayışı XX əsrin 30-cu illərində keçmiş SSRİ-də meydana gələn və ittifaqın dağılması ilə postsovet ölkələrində geniş yayılan kriminal tituldu. Bu titul cinayət aləmində xüsusi çəkiyə malik, müəyyən kriminal kodeksə riayət edən avtoritetlərə verilir. Klassik “qanunda oğrular” kriminal qruplaşmalar arasında yaranan “razborka”ları həll etməli, ən azı bir dəfə məhkumluq həyatı yaşamalı, ailə həyatı qurmamalı, heç zaman işləməməli, əlinə odlu silah almamalı və rəsmi dövlət qurumları (ilk növbədə məhkəmə-istintaq orqanları) ilə heç bir əməkdaşlıq etməməli idi.

Lakin 80-ci illərin sonlarından bazar iqtisadiyyatı münasibətlərinin bərqərar olması ilə SSRİ-də, ardından isə Rusiya və digər yeni yaranan respublikalarda “qanuni oğru”ların kodeksi ciddi dəyişikliyə uğradı. Yeni şəratdə kriminal ənənələrinin qoruyucusu və təvazökar həyat tərzi keçirən “qanuni oğru”ları bu titulu böyük pullarla alan, heç zaman məhkum olunmayan yeni nəsil əvəz etməyə başladı.
Adətən, “qanuni oğru” adının verildiyi “sxodka”lar çox gənc yaşda olan cinayətkar aləm nümayəndələrinə də bu titulu vermyə başladılar.

Müxətlif yaş qruplarında olan bu cinayətkar aləm nümayəndələri arasında ən gənci Revaz Ubilavadır.

Revaz Rastadiyeviç Ubilava 1993-cü il aprelin 10-də Gürcüstanın Çalencix rayonunun Cvari kəndində anadan olub. Yeniyetməlik illərində ailəsi ilə birlikdə Rusiyaya köçüb və Moskvadakı gürcü “qanuni oğru”ları ilə təmasa girib. O, cinayət aləmində Revaz Cvarski adı ilə tanınır və 2012-ci ilin martında ilk məhkumluğunu alıb. Onda Revaz Ubilavanın üzərindən narkotik vasitə olan həşiş aşkarlanıb və Smolensk vilayətindəki 1 nömrəli həbsxanada 8 ay yatıb. Həbsdən çıxdıqdan sonra Rusiyada gürcü mafiyasının ən güclü 2 qolundan biri olan “Tbilisskie” qruplaşmasının tərəfinə keçib.

2014-cü ilin yayında Türkiyədə “sxodka” keçirən “Tbilisski”lər qruplaşması liderləri Merab Marqveladzenin təklifi ilə 3 nəfərə - İrakli Cabuaya, Mixo Calaqnoyaya və Revaz Ubilavaya “qanuni oğru” adının verilməsi haqda qərar qəbul edib. Bu, onların kriminal müharibələr zamanı özlərini etibarlı göstərmələri ilə bağlı idi.

Dünyanın ən gənc qanuni-oğrusunun həyat yolu ilə bağlı video məlumatı təqdim edirik:

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda qadın küçədə qan içində qaldı... — Polis dərhal həbs etdi / VİDEO
Əri işə gedən kimi sevgilisini yatağına saldı, sonra atası... - Azərbaycandakı olay HAMINI ŞOKA SALACAQ
Bakıda  qızlara söz atan  oğlan  öldürüldü

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ